Ərdoğan: “Qarabağdakı qətliamları unutmamışıq”

2019/01/recep-1546493751.jpg
Oxunub: 15070     17:00     26 Avqust 2019    
"Əcdadlarımızın əsrlər boyu güvənlə idarə etdiyi bölgələr bu gün təəssüf ki, zülm və səfalət içindədir".

Ordu.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin ildönmünə həsr olunmuş tədbirdə deyib. O, bildirib ki, erməni işğalçılarının Dağlıq Qarabağda törətdiyi qətliamlar unudulmayıb.

"Heç bir siyasi və iqtisadi maraqlar bizi haqqı söyləməkdən çəkindirə bilməz. Suriyada qətliam var. Hər gün qan tökülür. Bu gün Qüdsdə, Fələstində də zülm görürük. Bir çox yerdə müsəlmanlar zülm altında yaşayırlar. Arakandan Kəşmirə, Fələstindən Avropaya qədər müsəlmanlara hücumlar hələ də davam edir. Yaxın tarixdə Balkanlardan Qarabağa qədər qətliamları da unutmamışıq. Əllərindən gəlsə, ölkəmizə eyni şeyi etmək istəyən alçaqları da unutmadıq. Bu gün mübarizəni sərhədlərimizdə aparırıq. İnşallah, bu mübarizəni zəfərlə başa vurarıq",- deyə Ərdoğan vurğulayıb. (Azvision.az)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Qarabağ  


Bizi "telegram"da izləyin