“Dəniz kuboku - 2019” müsabiqəsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” icra olunub

2019/08/93563-1565706698.jpg
Oxunub: 581     18:30     13 Avqust 2019    
“Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin heyətləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” çalışmasını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, çalışmanın icrası zamanı dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 3000 metr məsafədən artilleriya qurğularından yerinə yetirilib.

Beynəlxalq hakimlər briqadasının qərarına əsasən Rusiya komandası 40 balla birinci, Azərbaycan 36 balla ikinci, Qazaxıstan 33 balla üçüncü, İran komandası isə 18 balla dördüncü yerə layiq görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dəniz-kuboku-2019  

“Dəniz kuboku - 2019” müsabiqəsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” icra olunub

2019/08/93563-1565706698.jpg
Oxunub: 582     18:30     13 Avqust 2019    