"Azərbaycanda belə hərbiləşdirilmiş məktəbin yaradılmasının vacibliyini sübut etməyə çalışırdım" - FOTOLAR

2019/07/2c6db-1562826873.jpg
Oxunub: 2990     12:02     03 Oktyabr 2019    
"30 il bundan əvvəl yaratdığımız hərbiləşdirilmiş orta məktəb, indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey çox işlər görmüşdür, Azərbaycan milli ordusunun yaradılmasında, zabit kadrlarının hazırlanmasında böyük xidmətləri vardır... Biz bu işi başlayanda, bu bizim üçün nəzəriyyə deyildi, biz böyük gələcəyə baxırdıq. Azərbaycanın gələcəyini düşünürdük. Milli zabit kadrlarının hazırlanması yolunda bu ilk addımlar idi".

Əlli il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanında yeni dövrün başlanğıcı olacaq bir hadisə baş verdi. Azərbaycan partiya təşkilatına yeni rəhbər təyin edilib. O dövrün kütləvi informasiya vasitələri Heydər Əlirza oğlu Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi haqqında xəbəri yaymağa başlayıb. Respublikaya yeni təyin olunan rəhbər uzun illər dövlət təhlükəsizliyi orqanlarında işlədiyindən sıravi vətəndaşlar onu nisbətən az tanıyırdılar. Lakin 1969-cu ilin avqust plenumundakı dövrün kommunist ənənələrinə uyğun gəlməyən qətiyyətli nitqi Azərbaycana yeni təyin olunan rəhbəri bütün cəmiyyətə tanıdıb. Eyni zamanda, dahi rəhbər Heydər Əliyevin ana dilində ilk nitqləri tarixi bir məna kəsb edib.

Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə həyata keçirilən milli kökə qayıdış prosesi, əslində, bu nitqlərin təsiri ilə başlayıb. İnsanlar Ümummilli Liderimizin gözəl, ifadəli ana dilində etdiyi çıxışlarında, Vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında müstəqil dövlətimizin doğma sədalarını eşitdilər...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi keçmiş ittifaq daxilində geri qalmış respublikanın bir neçə il ərzində hərtərəfli inkişafı və zamana uyğun intibah əlamətləri ilə milli dövlətçilik tariximizə unudulmaz bir gün olaraq yazılıb. Məhz bu tarixdən qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşdi, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabiliyyətin, modern təfəkkürün ən bariz nümunəsi kimi təsdiqlənib. Dədə Qorqud nəsihətləri ilə mənəvi yüksəlişə nail olan, Babəkin rəhbərliyi ilə mübarizliyini və irticaya müqavimətini göstərən, Şah İsmayılın səyi ilə güclü və qüdrətli dövlət qurmaq bacarığını təsdiqləyən, Cavad xanın başçılığı ilə istibdada qarşı cəsarət nümayiş etdirən, ordu sərkərdələrindən güc alan Azərbaycan xalqı tarixin son 50 ilini də Ümummilli Liderimizin bizə miras qoyduğu dövlətçilik ənənələrini yaşatmaqla, gələcəyə inamlı addımlarla irəliləyir.

50 il Azərbaycanda sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət tək mövcudluğuna qədər inkişafı kimi tarixi bir prosesi əhatə edir. Bir sözlə, xalqımız əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Böyük Rəhbərin dövlət quruculuğunda daha da təkmilləşdirərək, sistem halına salınmasının və millət kimi mövcudluğunun, dövlət qurmaq haqqının ən yüksək səviyyədə nümayiş etdirilməsinin şahidi olub.

Bəli, budur, o dahi şəxsiyyətin müstəqilliyini əbədi, dönməz etdiyi dövlət! Budur, bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadan və modern yeniliklərə qovuşan, yeni dünya düzənində əhəmiyyətli yer tutan müstəqil Azərbaycanımız!

Milli ideologiyaya söykənən Ümummilli Liderimizin böyük uzaqgörənliklə həyata keçirdiyi inkişaf strategiyasında hərbi quruculuq məsələlərinin həllinə artıq ötən əsrin 70-ci illərinin əvvəllərindən başlanıb. Sovet dönəminin sərt rejiminə dəmir iradəsi, qeyri-adi müdrikliyi ilə qalib gələn Ulu Öndər Kremlin milli hərbi kadrlara inamsızlıq siyasətinin əksinə olaraq, azərbaycanlıların hərbi peşələrə kütləvi şəkildə yiyələnməsi, zabit kimi yetişməsi üçün tarixi addımlarını atıb.

Azərbaycanda analoqu olmayan hərbi məktəbin yaradılması barədə qərar verdi. Hərbi məktəb 1937-1938-ci illərdə qırmızı terrorun qurbanı olan Azərbaycan xalqının sərkərdə oğlu Cəmşid Naxçıvanskinin adına əbədiləşdirilib. Bu hərbi təhsil ocağı 1991-ci ildə ağır və çətin bir şəraitdə Qarabağ müharibəsinin başladığı dönəmlərdə müstəqilliyini bərpa edən Azərbaycanın ordu quruculuğunda baza rolunu oynadı. Məktəb uzaqgörən dahi rəhbərin ən böyük monumental hərbi abidəsi kimi tarixləşdi. Onu da qeyd etmək lazımdır ki, Ulu Öndər respublikaya rəhbərliyinin ilk illərində SSRİ-nin Azərbaycanda yerləşən hərbi təhsil müəssisələrində olur və orada azərbaycanlıların çox az sayda təhsil aldığını görürdü. Bildiyimiz kimi, o zaman respublikada Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi və Xəzər Ali Hərbi Dənizçilik Məktəbi fəaliyyət göstərirdi. Respublika rəhbəri bu məktəblərin buraxılış mərasimlərində iştirak edir, diplom və zabitlərin rütbələrini məzunlara şəxsən təqdim edib.

Azərbaycanın müasir ordu quruculuğunda önəm kəsb edən hərbi təhsil məsələsi Ulu Öndərin respublikamıza rəhbərliyinin birinci dövründə uğurla həyata keçirilib. Respublikada orta və ali hərbi təhsilin vahid sistemi məhz o dönəmdə yaradılıb. C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının kursantları ilə görüşü zamanı Ulu Öndər həmin illəri belə xatırlayır: “Gənclərimizi hərbi peşəyə cəlb etmək, hərbi işə alışdırmaq üçün Azərbaycanda hələ 30 il bundan qabaq, bütün xalqlar üçün, bütün Sovet İttifaqı üçün vahid ordu olan bir zamanda, İkinci Dünya müharibəsindən sonra yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyə bənzər Suvorov, Naximov məktəbləri olan bir vaxtda yerli uşaqlar üçün xüsusi hərbiləşdirilmiş orta məktəb yaratmaq qərarına gəldilər. Hər bir gənc Sovet Ordusunun nəhəng SSRİ ərazisində yerləşən müxtəlif hərbi məktəblərinə daxil olub tam hərbi təhsil ala bilərdi. Bu barədə məndən soruşurdular: bunu nə üçün edirsiniz? Mən qərarımdan dönmək istəmirdim, Azərbaycanda belə hərbiləşdirilmiş məktəbin yaradılmasının vacibliyini sübut etməyə çalışırdım. 30 il bundan əvvəl yaratdığımız hərbiləşdirilmiş orta məktəb, indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey çox işlər görmüşdür, Azərbaycan milli ordusunun yaradılmasında, zabit kadrlarının hazırlanmasında böyük xidmətləri vardır... Biz bu işi başlayanda, bu bizim üçün nəzəriyyə deyildi, biz böyük gələcəyə baxırdıq. Azərbaycanın gələcəyini düşünürdük. Milli zabit kadrlarının hazırlanması yolunda bu ilk addımlar idi”.

Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi 1991-1993-cü illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda, əlamətdar tarixi mərhələsidir. Ümummilli lider Heydər Əliyev ən əvvəl Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Naxçıvan MR-in müdafiəsinin təşkili barədə tarixi qərarlar imzalayıb.

Dahi rəhbər Naxçıvanda Ali Məclisin sədri işləyərkən, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini seçilir. Keçirilən sessiyalarda fəal iştirak edir. Ulu Öndər Ali Sovetin birinci sessiyasındakı çıxışında Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan edib. Böyük siyasi xadim Heydər Əliyev dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürərək, prinsipial və konkret fikirlər söyləyir, təkliflər verirdi. Həmçinin, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bildirib.

Ümummilli Liderimizin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi və dünyəvilik kimi bəşəri dəyərlər təşkil edən eyni bir ideologiyanın əsası qoyulub. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Ordu vahid komandanlıqdan idarə olunub. Dağınıq dəstələrdən ibarət olan ordu artıq nizami orduya çevrildi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki təcavüzkar siyasətinin qarşısı alınıb, düşmənə əks-zərbələr endirilərək 20-dən artıq yaşayış məntəqələrimiz işğaldan azad olundu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edildi. Bir sözlə,1993-cü ildən etibarən müstəqil dövlət quruculuğunda əldə edilən nailiyyətlər, hərbi, iqtisadi, siyasi, hüquqi sahələrdəki uğurların əsası məhz 1969-cu ildə başlamış missiya ilə qoyulub.

Bəli, 50 il öncə Azərbaycanda Heydər Əliyev dövrü - inkişaf, milli yüksəliş mərhələsi başlayıb. Əslində, Ulu Öndərin qurtuluş missiyası məhz 1969-cu ildən başlamışdı. Həmin dövrdə Azərbaycanı gerilikdən, səfalətdən, milli aşınmadan xilas edən dahi rəhbərimiz 1993-cü ildə yenidən xalqının və dövlətinin şərəf salnaməsinə Qurtuluş tarixini yazıb.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə, Kremldə çalışdığı illərdə öz xalqına xidmət etmək nümunəsi və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək, respublikamızın sürətli iqtisadi inkişafı istiqamətində mühüm addımlar atdı. Ümummilli Liderimiz tək qüdrətli dövlət qurmaqla kifayətlənmədi, o, həmçinin bu dövlətin gücünün əsrlərlə qorunmasını təmin edib. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın iqtisadi rifahını təşkil edəcək yeni neft strategiyasının hazırlanması, dövlətin mövcudluğunu şərtləndirən hüquqi, siyasi, qanunverici islahatların daim aparılması və bu kimi digər proseslər Heydər Əliyev siyasi kursunun Azərbaycanın dövlətçilik konsepsiyasına çevrilməsindən xəbər verir. Bununla da Ulu Öndər Azərbaycana xidmət etməyin ən kamil örnəyini nümayiş etdirdi və fəaliyyətinin davamlı konseptual sistemini formalaşdırdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün mərhələlərində xilaskar və qurucu missiyasının nəticəsi kimi ölkənin müstəqilliyi və dövlətçiliyi möhkəmləndi. Dahi rəhbər Vətənə, xalqa, dövlətə şərəflə, yüksək vətənpərvərlik hissiylə xidmət edərək əbədiyaşarlıq qazanıb.

Ümummilli lider Heydər Əliyev kamil bir siyasi məktəbin təməlini qoymaqla, mükəmməl dövlətçilik və idarəçilik sistemini yaradıb. Bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin daxili və xarici siyasi kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Heydər-Əliyev   Azərbaycan-ordusu  

"Azərbaycanda belə hərbiləşdirilmiş məktəbin yaradılmasının vacibliyini sübut etməyə çalışırdım" - FOTOLAR

2019/07/2c6db-1562826873.jpg
Oxunub: 2991     12:02     03 Oktyabr 2019    