Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

2018/12/46637-1544615738.jpg
Oxunub: 1589     12:47     10 İyul 2019    
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək", - deyə məlumatda qeyd edilir.

Bununla yanaşı, V.Gerasimov Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, iyulun 3-də V. Gerasimovla T. Uolters arasında telefon danışığı olub. Onlar Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

T. Uolters NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı vəzifəsində bu ilin mayında təyin olunub. O, bu vəzifədə general Kertis Skaparrottini əvəz edib.

Xatırladaq ki, ötən ilin dekabrında V. Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə Bakıda görüşüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Gerasimov  

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

2018/12/46637-1544615738.jpg
Oxunub: 1590     12:47     10 İyul 2019    