Ermənistanda hakimiyyətin manipulyasiya etməsi üçün növbəti hədəf - APREL DÖYÜŞLƏRİ

2019/07/BeFun-1562671584.jpg
Oxunub: 605     16:43     09 İyul 2019    
“Aprel döyüşləri haqqında bu cür münasibətə malik olan Paşinyanın Davit Tonoyanı Müdafiə naziri təyin etməsi anlaşılmazdır”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Ermənsitan reallığında və tarixində dövlət üçün xüsusi hallarda daxili süni düşmən və xəyanətkarların axtarılması tez-tez baş verməkdədir.

Müəllifin sözlərinə görə, erməni xalqı bu baxımdan özünəməxsus bir xüsusiyyətə malikdir.

“Ümumilli problemlərin yaradılmasını və daha sonra bunların cəsarətlə dəf edilməsini sevirik. Hazırda erməni cəmiyyətinin “qaralara və ağlara” , “inqilabçılara” və “əks inqilabçı düşüklərə” , “fəaliyyət göstərən milli hakimiyyətə və əksmilli keçmişdəkilərə” deyə bölündüyü qeyd olunur.

Qarabağ ətrafında baş verən bir sıra detallar, xüsusilə aprel döyüşlərində məğlubiyyət ideologiyası süni olaraq ortaya atılır və bu yolla döyüşlərin nailiyyətlərini (?) ləkələməklə siyasi gündəmi manipulyasiya mövzusuna çevirməyə çalışırlar”, - deyə müəllif qeyd edir.

Son günlərdə maraqlı bir hadisəylə üzləşdiklərini bildirən müəllif, fəaliyyətdə olan hakimiyyətin aprel döyüşlərinin ayrı-ayrı məqamlarını təşkilatlanmış tənqid hədəfinə çevirdiklərinə vurğulayır.

“Bununla da hər bir xırdalıqda günahkarları axtarmağa cəhd edirlər. Döyüşlərdə həlak olanların valideynlərinin də aprel döyüşlərinin hədəfləri prosesinə cəlb edilməsi mənəvi norma sərhədlərinin keçilməsidir.

Kifayət qədər maraqlı və qəribədir ki, fəaliyyətdə olan hakimiyyət xüsusi bir taktiki gedişlə həlak olanlar amilinə rol verməklə siyasi manipulyasiyalar həyata keçirir və bu yeganə hal deyil. “1 Mart” qurbanlarının qanı da siyasi manipulyasiyalar mövzusuna çevrilməkdədir. Belə bir konteksdə spiker müavini Alen Simonyanın bu günlərdə səsləndirdiyi “aprel döyüşlərində Ermənistan məğlub olub” ifadəsi məntiqlidir”, - deyə erməni jurnalist əsəbini gizlədə bilməyib.

O qeyd edib ki, hazırda Paşinyan haklimiyyəti tərəfindən günahsız şəxslərin və onların tökülən qanının siyasi hala çevrilməsi siyasi mənəviyyatsızlıqdan başqa xarakter daşımır: “Yuxarıda qeyd edilənlərdən nəticə çıxararaq, əminliklə qeyd etmək olar ki, bu cür məğlubiyyət ideologiyaları daşıyan siyasi qüvvə uğur əldə edə bilməz. Aydındır ki, onlarda məğlub olan və zəif mənəviyyat tərzi hegemonluq edir”.

Bundan başqa bir neçə əhəmiyyətli faktlar da qeyd edən məqalə müəllifi qeyd edir ki, aprel döyüşləri haqqında bu cür münasibətə malik olan Paşinyanın Davit Tonoyanı Müdafiə naziri təyin etməsi anlaşılmazdır.

“Xatırladaq ki, Müdafiə naziri təyin olunan Davit Tonoyan aprel müharibəsi günlərində Müdafiə nazirinin birinci müavini və bu sahənin xüsusi məsuliyyət daşıyan şəxslərindən biri olub. Təbii ki, Tonoyan kadr generalı və bu sahədə formalaşmış şəxs olmaqla proseslərin ən incə detallarını parlaq şəkildə təsəvvür edir və məlumatlı olub. Ancaq qeyd olunan məqamda hakimiyyətin niyə bu cür “milli” davranış tərzini nümayiş etdirdiyi izah olunmazdır.

Bu ümumi prosesdə nə qədər maraqlı olsa daonların diliylə desək, aprel iflası haqqında danışarkən Nikol Paşinyan və onun əlaltıları bilmirsən niyə, bir sıra xüsusi məqamları da unudurlar. Aprel müharibəsi günlərində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Hakopyan idi.

Məlum olmayan səbəblərdən çox şübhəli məqamlar olsa da, hamı bu barədə susur. Bundan əlavə yayılan məlumatlara görə, Paşinyan fəaliyyətdə olan hakimiyyətin sevimli generalını Qarabağdakı seçkilərdə dəstəkləməyə hazırlaşır. Belə çıxır ki, hakimiyyətin irəli sürdüyü ittihamlar və şübhəli davranışı Hakopyandan başqa hamıya aiddir”, - deyə müəllif vurğulayır.

Bütün yuxarıda qeyd edilənlərə yekun vuraraq, əhəmiyyətli və öyrədici bir aforizmi xatırladan müəllif qeyd edir ki, ərdəm haqqında yaxşı məzəmmətlər edilməsi, ərdəmli olmaq demək deyil. Məsləhətləşmələrdə ədalətli olmaq isə reallıqda ədalətli olmağa dəlalət etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Aprel-döyüşləri  

Ermənistanda hakimiyyətin manipulyasiya etməsi üçün növbəti hədəf - APREL DÖYÜŞLƏRİ

2019/07/BeFun-1562671584.jpg
Oxunub: 606     16:43     09 İyul 2019    