S-400-lər Türkiyəyə çatır: Ermənistan nədən narahat olmalıdır?

2019/07/Untit-1562400092.jpg
Oxunub: 2119     15:43     09 İyul 2019    
“Türkiyənin uzaq mənzilli sistemləri olmadığına görə, bunu özü üçün əldə edir, Azərbaycanın isə S-300 HHM sistemi var. S-300 HHM sistemi bölgə üçün kifayət edir və S-400-lərin əldə edilməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq Müdafiə nazirinin müavini Vağarşak Harutyunyan deyib.

Onun sözlərinə görə, Türkiyənin S-400 HHM sistemləri ilə təmin olunması Ermənistana baha başa gələ bilər.

“Yaranmış vəziyyətə münasibət bildirmək üçün ilk növbədə problemin nədən meydana gəldiyi və S-400 anlaşmasının niyə imzalandığını dərk etmək lazımdır.

ABŞ-Türkiyə münasibətlərində gərginlik çoxdan meydana gəlib. Türkiyədə baş verən çevriliş zamanı İncirlik bazasının Ərdoğana qarşı istifadə edilməsi bu gərginliyin əsas təməlini qoyub. İncirlik hərbi hava bazasında ABŞ qoşunlarının yerləşdirildiyi məlumdur və Ərdoğanın olduğu mehmanxanaya zərbə endirilməsi məqsədi ilə həmin bazadan təyyarələrin qalxdığı qeyd edilir və ABŞ-Ərdoğan ziddiyətlərinin əsasını həmin hadisənin təşkil etdiyi məlumdur.

Daha sonra Ərdoğan çevrilişin təşkilatçısı hesab edilən Gülənin ABŞ-dan qaytarılmasını tələb etdikdə rədd cavabı alması bu ziddiyətləri daha da gücləndirib. HHM vasitələrinə gəldikdə isə Türkiyə tərəfi bəyan edir ki, ilk növbədə bənzər ABŞ istehsalı olan “Patriot” adlanan sistemin əldə edilməsi üçün ABŞ-a müraciət edilsə də, münasib şərtlər təklif edilməyib.

Buna görə də Türkiyə tərəfi bənzər sistemləri Rusiya tərəfindən almağa qərar verib. ABŞ tərəfi tələb edir ki, Türkiyə rus silahlarını almaqdan imtina etsin. Onlar Türkiyəni 100 ədəd yeni nəsil F-35 qırıcılarının verilməyəcəyi ilə hədələyir. Lakin Türkiyə tərəfi artıq bunun üçün ilkin ödəniş edib.

Hazırda hər iki tərəf arasında ziddiyətlər dərinləşməkdədir. ABŞ-ın müttəfiqi və NATO-nun üzvü olan Türkiyə tarixdə dəfələrlə münasibətlərin kəskinləşməsinə rast gəlsə də, bugünədək öz məqsədlərinə çatıb”, - deyə sabiq erməni müavin bildirib.

O qeyd edir ki, Suriya amili də bu münasibətlərdə böyük rol oynayır: “Hazırda Türkiyə Rusiya ilə birlikdə bu sahədə müvəqqəti maraqlara sahibdir. Türkiyə türk əhalisinin üstünlük təşkil etdiyi İdlib yaşayış məntəqəsini öz təsir zonasında saxlamaq istəyir və buna görə də İran və Rusiya ilə əməkdaşlıq edir. İran tərəfi də bölgədə Türkiyə kimi liderlik uğrunda mübarizə aparır.

Yaranmış bu vəziyyətdə Qarabağ münaqişə zonasında genişmiqyaslı hərbi əməliyyatların başlama ehtimalı azalır. Çünki Azərbaycan tərəfi belə əməliyyatlarda bütün fəaliyyətini Türkiyə tərəfi ilə razılaşdırır. İndiki halda Türkiyənin qeyd olunan problemlərlə məşğul olduğu bir məqamda təbii ki, o, bu bölgədə hərbi əməliyyatların başlanmasına maraqlı deyil”.

Jurnalistin “Türkiyə-ABŞ ziddiyətlərinin müvəqqəti xarakter daşıdığı və bir gün başa çatacağını nəzərə alsaq, həmin S-400 sistemlərinin Azərbaycana ötürülməyəcəyi və Qarabağ münaqişəsində istifadə edilməyəcəyinə dair hansı zəmanət var?” sualına cavabında Harutyunyan bildirib ki, silah satışında ixtiyarı olmadan alınan silahın 3-cü tərəfə ötürülməsi qadağası deyə bir anlayış mövcuddur.

“Türkiyənin uzaq mənzilli sistemləri olmadığına görə, bunu özü üçün əldə edir, Azərbaycanın isə S-300 HHM sistemi var. S-300 HHM sistemi bölgə üçün kifayət edir və S-400-lərin əldə edilməsinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Belə bir anlaşma olacağına əsas görmürəm, əksinə türk mütəxəssislər S-400-ləri tətbiq etmək üçün Azərbaycanda S-300-lərin istifadəsini öyrənməkdədirlər”, - deyə o diqqətə çatdırıb.

“Yəni, İrəvan bu anlaşma ilə bağlı Moskavaya hər hansı bir tələb irəli sürə bilməz?” deyə verilən növbəti sualı cavablandıran Harutyunyan əlavə edib ki, ilk növbədə bu hava hücumundan müdafiə sistemidir və ikincisi, bizim o qədər aviasiyamız yoxdur.

“Azərbaycanın əlində olan HHM sistemləri ölkənin təhlükəsizliyini təmin etməyə yetərlidir. Buna görə də, Türkiyədən hər hansı sistem götürməsinə zərurət yoxdur. Burada məsələ hərbi yox, daha çox hərbi-siyasi xarakter daşıyır. Türkiyənin bu bölgədə azad fəaliyyət göstərə bilməməsi Ermənistanın maraqlarına cavab verir. Lakin Ankaranın lider rolu uğrunda mübarizə apardığı məlumdur.

Türkiyə bu məsələdə Gürcüstan ərazisində uğurlara nail olub. Türkiyə tərəfi Gürcüstanda sərmayələr qoyur. Hərbi-siyasi razılaşmaları var və Gürcüstanın Rusiya ilə ziddiyətlərinin olması Türkiyənin maraqlarına cavab verir. Bölgədə yalnız Ermənistan qalır ki, Türkiyə orada da tam lider ola bilsin. Lakin ABŞ-la mövcud problemlər səbəbindən Türkiyənin hərbi siyasi çəkisi azalmaqdadır.

Rusiya ilə münasibətləri yaxşı olsa da, Moskva Türkiyənin bölgədə üstünlüyə nail olmasını arzu etmir və buna yol verməz. Yaranmış belə bir vəziyyətdə Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalı azalır. Lakin istənilən halda güclü iqtisadiyyata və orduya sahib olmaqla rəqibin hücumunun qarşısını almağa hazır olmalıyıq”, - deyə Harutyunyan təşvişini gizlədə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

S-400-lər Türkiyəyə çatır: Ermənistan nədən narahat olmalıdır?

2019/07/Untit-1562400092.jpg
Oxunub: 2120     15:43     09 İyul 2019    