Paşinyanın arvadı əlil hərbçiyə ayrılan pulu konsertə xərcləyib – ƏTRAFLI

2019/07/BeFun-1562327404.jpg
Oxunub: 25378     16:49     05 İyul 2019    
“Mən iş adamlarının Paşinyanın arvadını inkar edəcəklərinə və yaxud əsgərə kömək etmək istəmədiklərinə inanmıram”.

Ordu.az xəbər verir ki, KİV-lərdə Ermənistan Baş naziri Nikol Paşinyanın arvadı, “Mənim Addımım” fondunun sədri Anna Hakopyan tərəfindən əlil hərbçiyə yardım edilməməsi haqda müəllif yazısı dərc edilib.

Müəllif yazısında bildirilir ki, erməni KİV-lərində Hakopyan tərəfindən əlil hərbçiyə yardım edilməməsi haqda təkzib məlumatları yayılır.

“Məktubda Hakopyan tərəfindən aprel döyüşlərinin yaralı hərbçisinə yardım edilməsindən imtina olunması haqqında informasiya təkzib edilməyə cəhd olunurdu. Yeri gəlmişkən bu günlərdə Hakopyanın sözçüsü ona qulluq edən şəxsi heyət və mühafizəçiləri ilə birlikdə Beyrutda olub. O, Antilias şəhərində keçirilən erməni mətbuatının problemlərinə həsr olunmuş konfransda qismən iştirak edirdi.


Gözlənildiyi kimi, dünən Hakopyanın ofisindən “168.am” saytının yaydığı məlumata reaksiya veriblər. Həmin məlumatda, Sexliyanın səhhətində yaranmış problem səbəbindən onun təcili xaricə yola salınması və probleminə necə münasibət göstərilməsinə dair açıqlama verilirdi.

Əlil hərbçi ilə iki dəfə üzbəüz görüşü zamanı Paşinyan və Səhiyyə Naziri Arsen Torosyan birbaşa yaralı hərbçinin əlindən şikayət ərizəsini alaraq, məsələni nəzarətdə saxlamağa və yardım edilməsinə vəd verib. Yayılan informasiyada, həmçinin bildirilirdi ki, bu iki vəzifəli məmurun uzadılan cavabı hələ öz yerinə çatmadığı halda Hakopyanın əlil hərbçiyə yardım etməsinin inkar olunması faktı baş verib.

Bu barədə Sexliyanın özü birbaşa video məlumatda bildirib. O vurğulayıb ki, bir həftə öncə böyük ümidlə Hakobyanın fonduna müraciət edib.

“Bizim proqram xaricdə müalicə olunması üçün əsgərə kömək etməkdən ibarət deyil”, - deyə Sexliyana cavab verilib.

Fonddan hazırda “Zinvori tun” (Əsgər evi) bərpa mərkəzinin maliyyələşdirildiyi deyilib. Guya fərdi əsgərlərin xaricdə, yaxud elə Ermənistanda öz müalicəsini təşkil etmək üçün maliyyələşdirilmə fondun məqsədlərinə daxil deyil. Faktiki olaraq, İrəvanda Şarl Aznavura həsr edilən konsertin uğursuzluğa uğramaması üçün “daha çevik” fəaliyyət göstərən “Mənim Addımım” fondu, son anda qərar verilən, Paşinyanın himayəsi altında baş tutan konsertin iflasa uğramaması üçün təşkilatçılara himayədarlıq edib.

Bu halda isə Hakopyan aprel döyüşlərinin əlil hərbçisinin həyatını xilas etmək üçün məhz 2019-cu il mayın 24-də keçirilən konsertin borclarının bağlanması üçün sərf edilən məbləğ həcmində tələb olunan yardımın edilməsini rədd edib. Xatırladaq ki, söhbət ermənistanlılar və fransa erməniləri tərəfindən sosial şəbəkələrdə ciddi tənqid edilən konsertin təşkilatçıları və konsertdən gedir. Hətta buna görə “Aznavur” fondu da açıqlama verərək, bu qalmaqalı Aznavurun adını daşıyan fondla əlaqələndirməməyə dair çağırış edib”, - deyə müəllif diqqətə çatdırıb.

Müəllif israrla bəyan edir ki, Hakopyan nə qədər təkziblərə əl atsa da, fakt ortadadır: “Belə bir məqamda Baş nazirin arvadının ofisindən Hakobyanın rəhbərlik etdiyi fond tərəfindən aprel döyüşləri iştirakçısı olan əlil çavuşa yardım edilməsinin rədd edilməsi haqqında yayılan informasiyanı təkzib etməyə cəhdlər edilirdi. Onların cavabında birbaşa qeyd olunurdu ki, Hakobyan aprel döyüşləri iştirakçısı Sexliyana yardım edilməsini rədd etməyib.


Ötən gün Hakopyanın adından yayılan digər diqqətçəkən məlumat isə əlil çavuşun müalicəsi üçün vəsaitin toplanması prosesinin davam etməsi haqqında açıqlama verilməsidir. Belə çıxır ki, yardım edilməsini rədd etməyiblər, hətta iyunun 14-dən etibarən Sexliyanın xaricə müalicəyə göndərilməsi üçün “Mənim Addımım” fondu pul toplayır və ötən gün “Facebook” istifadəçilərinin ona ünvanladığı yazılara şəxsən cavab verərək, ictimai şəkildə məsələ ilə tanış olaraq ona məruzə edilməsi üçün müşavirinə tapşırıq verən səhiyyə naziri Arsen Torosyan və Baş nazirin administrasiyası bu barədə bilmir?...

Torosyanın ictimai şəkildə məlumatsız kimi davranmağı, öz əli ilə götürdüyü şikayət məktubunu indiyədək oxumadığı, bu halda Paşinyanın aprel döyüşləri zamanı əlil olan hərbçilərlə “Əsgər Evi”ndə baş tutan görüşü zamanı verdiyi tapşırığı yerinə yetirmədiyinə dair insanları, o cümlədən Sexliyanı inandırmağa çalışmasının nə məqsəd daşıdığı başqa bir məsələdir.

Onda belə çıxır ki, Hakobyanın ofisi və onun rəhbərlik etdiyi fond eyni məntiq üzrə fəaliyyət göstərirlər. Fond, çavuşun sözlərini inkar edərək, xeyriyyəçi insanlar yardım etməyənədək onların fəaliyyət çərçivəsinə daxil olmayan əsgərə fərdi yardım edilməsi səylərinin fondu dağıtdığını göstərmək istəyir. Bəli, əsgərə yardım etmək istəmədilər, Hakopyanın adından yayılan cavab mətni də buna işarə edir.

Cavab mətnində belə yazılır: “Hayk Sexliyana bildirilib ki, onun məsələsi ilə məşğul olunacaq və bu bahalı əməliyyatın keçirilməsini təmin etmək üçün xeyriyyəçilər və ya təşkilatlar olduqda onunla əlaqə saxlanılacaq. Hətta artıq bir sıra təşkilat və tibb mərkəzləri ilə də əlaqə yaradılıb, Sexliyanın səhhəti barədə məlumat təqdim olunub və yardım edilməsi üçün hər hansı alternativ tapılmasına cəhd göstərilib. Hazırda da Sexliyana yardım edilməsi üzrə səylərimizi davam etdiririk”.

O zaman belə çıxır ki, Sexliyan tərəfindən iyunun 14-də fonda müraciətindən az vaxt keçməyib. Hakopyan bu müddət ərzində bir sıra insanlara, şirkətlərə müraciət edib. Lakin indiyədək əsgərin həyatını xilas etməyə zəruri olan 22 mln dram toplanmayıb. Başqa sözlə desək, iş adamları Hakopyanı rədd etməyə cəsarət edib, yaxud aprel döyüşlərinin yaralı əsgərinin həyatını xilas etmək istəməyiblər. Əks halda təkzib cəhdinə bənzəyən bu sürüşkən mətndə mütləq dediklərinin daha da inandırıcı olması məqsədilə indiyədək toplanmış vəsaitin həcmi göstərilərdi.

Sexilyan onun həyatının xilas edilməsi üçün vəsait toplanılmasına başlanılması, heç olmasa 35 min avro yardım etməyə hazır olan bir neçə iş adamının tapılmadığına dair fondun iddialarına inanmır. Əgər, Hakobyanın ofisindən vəsait toplanılmasına dair müraciət edilsəydi, o halda 35 min avronun yarısı bu vaxtadək toplanmış ola bilərdi. O, Hakobyanın ofisindən yayılan açıqlamaya münasibət bildirərkən qeyd edib ki, iş adamlarının Baş nazirin arvadını rədd etdiklərini və ya aprel döyüşlərinin əlil hərbçisinə yardım edilməsini inkar etdiklərinə inanmır. Sexilyan onu inkar edən tərəfin Hakobyanın rəhbərlik etdiyi fondun olduğuna əminliyini vurğulayır”.

Müəllif Sexliyanın Hakonyanın təkzib xəbərindən gec xəbər tutduğunu yazır.

“Fondun səlahiyyətlərinə daxil olmayan səylər göstərməklə Sexilyanın müraciət etdiyi gündən etibarən vəsait tapılmasına cəhd etdiklərinə dair verilən açıqlamaya gəldikdə isə, Sexilyan bu barədə ilk dəfə mətbuata verdiyi müsahibəsini təkzib etməyə çalışan Hakobyanın ofisinin yaydığı mətndən öyrəndiyini bildirib.

“Onlar mənim məsələmlə məşğul olduqları və ya məşğul olmağa cəhd edəcəklərinə dair mənə heç bir şey deməyiblər. Belə bir şey olmayıb və buna inanmıram. Mənə görə vəsait toplanılması haqqında ilk dəfə eşidirəm. Bu Hakobyanın təkzib olunması haqqında hay-küyün nəticəsidir.


Bütün bunlar “biz əsgəri sahibsiz qoymuruq”, deyə fikir formalaşdırılmasına görə edilir. Əgər vəsait toplanılması və ya bənzər bir şey vardısa, bir illik müraciətlərimdən sonra, bu müddət ərzində qoy bir dəfə zəng edib, Hayk əzizim heç bir şey vəd etmirik, lakin sənin məsələnlə məşğul olarıq, heç nə deməyiblər”, - deyə Sexilyan yayılan məlumatlara inanmadığını bir daha ifadə edib.

O, Hakobyanın “Facebook” səhifəsinə məktubla müraciət etdiyini, görüş xahiş etdiyini bildirməkdə davam edir. Sənədlərinin göndərilməsini, əlaqə saxlanılması üçün məlumatlar tələb edildiyini və göndərdiyini bildirir.

Onun sözlərinə görə, Hakobyanın rəhbərlik etdiyi fonddan zəng edərək, görüş məqsədini soruşublar. Şəxsi problemləri və müalicəsi barədə məlumat verdikdən sonra fonddan ona bildirilib ki, fərdi şəkildə əsgərlərin müalicəsi üçün pul verilməsi onların səlahiyyətinə daxil deyil. Sexilyan bununla da fond tərəfindən onun müraciətinin rədd edildiyini qeyd edir.

Fond tərəfindən verilən cavab açıqlamasında daha bir incə məqamın olduğu da qeyd edilir. Söhbət Şarl Aznavurun xatirə gecəsinə dair təcili qərar qəbul olunaraq 18 mln dram vəsaitin ayrılmasından gedir.

Ötən gün erməni KİV-lərində yayılan məlumatda konsertin iflasa uğramaqdan xilas edilməsi və çavuş Sexilyanın həyatının xilas edilməsi arasında müqayisə aparılıb. Qeyd olunub ki, fondun rəhbəri, Hakobyan konsertin xilas edilməsi üçün təcili qərar qəbul edərək, 18 milyon dram ayırsa da, əsgərin həyatının xilas edilməsində fondun nizamnamə məqsədlərinə hörmətlə yanaşılmasına və bu yoldan yayınmamağa üstünlük verib.

Yeri gəlmişkən, konsertin məsuliyyətsiz təşkilatçılarının borcu, onun Paşinyanın himayəsi altında təşkil edildiyinə görə ödənilib. Hakobyanın sözçüsü iddia edir ki, 18 milyon dram yox, konsert üçün ayrılan vəsait 8.5 milyon dram təşkil edib. Buna əsas olaraq isə ianəni verən tərəfin istəyinin olduğu göstərilir.

Lakin bildirilmir ki, vasitəçilərin təşkil etdiyi bu konsertə xeyriyyəçi niyə himayədarlıq edib, hansı əsasla Sexilyanın vəziyyətinin əksinə olaraq, 8.5 milyon dram vəsaitin bu qədər çevik şəkildə ayrılması nizamnamə məqsədlərinə uyğun olub?

Məqalənin müəllifi, Şarl Aznavurun 95 illiyinə həsr edilən konsertlə bağlı keçirilən mətbuat konfransında təşkilatçı qadının xərclərin 60 %-nin ödənildiyini, qalan hissənin ödənilmədiyinə görə, konsertin baş tutmaması təhlükəsinin olduğunu və məsələnin müzakirə edilərək, qısa vaxtda həll edilməsinə dair verdiyi açıqlamanı xatırladıb.
Həmin dövrdə Ermənistan Mədəniyyət naziri səlahiyyətlərini icra edən Nazeli Qaribyan da bildirib ki, konsertin təşkil edilməsində ianə verənlər arasında “Mənim Addımım” fondu var.

Fond tərəfindən konsertin baş tutması üçün ayrılan vəsait məsələsində yanlışlığa yol verilmədiyini xatırladan müəllif qeyd edir ki, təşkilatçı 168.am saytının sorğusuna cavab olaraq 50.000 avro ayrıldığını deyib”, - deyə müəllif yazısında Sexliyanın Hakopyan tərəfindən yola verildiyi vurğulanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin