"ABŞ tərəfini Ermənistan-İran sərhədinin nəzarəti məsələsi maraqlandırır" - Politoloq

2019/06/49443-1560948543.jpg
Oxunub: 6004     17:47     19 İyun 2019    
"Geosiyasi güc mərkəzlərinin bölgəmizin münaqişə zonası ilə bağlı əsas davası, yaxud ən mübahisəli məsələsi məhz İran sərhədinə kimin nəzarət edəcəyidir".

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Vigen Hakopyan KİV-lərə açıqlamasında deyib.

O qeyd edib ki, bu görüşdə ABŞ tərəfini Ermənistanın İranla sərhədinə nəzarət məsələsi maraqlandıracaq.

"Qarabağ münaqişəsinin nizamlanması danışıqlarında ABŞ-ın mövcud administrasiyasını sadəcə İranla olan bu sərhəd maraqlandırır. Bolton Ermənistana gələrkən məhz bu məsələni də qabartmışdı. Ermənistan tərəfindən bu məsələyə bir-birinə ziddiyət təşkil edən bəyanatlar səsləndirilmişdi. Bildirilmişdi ki, İran-Ermənistan sərhədi bağlana bilər", - deyə Hakopyan xatırladıb.

Erməni politoloq hesab edir ki, bu məsələyə yenidən baxılacaq: "İranın Ermənistan üçün əhəmiyyətini nəzərə alaraq, ABŞ-ın bu konsepsiyasının Ermənistan üçün qəbuledilməz olduğu aydındır. Təsəvvür etsək ki, Ermənistan bu addımı atır, o halda bu Rusiya Federasiyası üçün təmamilə əlverişsiz olacaq. Geosiyasi güc mərkəzlərinin bölgəmizin münaqişə zonası ilə bağlı əsas davası, yaxud ən mübahisəli məsələsi məhz İran sərhədinə kimin nəzarət edəcəyidir. Bu məsələ həm ABŞ-ı, həm də Rusiyanı çox maraqlandırır".

Hakopyanın fikrinə görə, Xarici İşlər nazirlərinin görüşündən ciddi dönüş gözləmək lazım deyil.

"Belə bir nəticəni gözləmək üçün əsas yoxdur. Çünki Madrid prinsipləri üzərində qurulan danışıqlar prosesi perespektivsizdir. Bu prinsiplər hər hansı bir tərəfin məğlubiyyətinə gətirib çxıarır. Tərəflərin prosesin davam etdirilməsi üçün bu fonda ayrı-ayrı məsələləri həll etdiyi güman olunur. Məsələn, sonuncu Əliyev-Paşinyan görüşündən sonra humanitar məslələrlə bağlı bəyanatlar səsləndirildi, yaxud sərhəddə atəş edilməməsi bildirildi. Lakin bu Madrid prinsiplərinin işinə gətirib çıxarmır. İndi isə Ermənistan tərəfi yenə də Vyana və Sankt Peterburq razılaşmalarını önə çəkəcək. Çünki Düşənbədəki lift razılaşması aktual deyil", - deyə o fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, sabah Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü baş tutacaq. Bu görüşə ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton öz "Twitter" səhifəsində də münasibət bildirib: "Səbirsizliklə həftə sonu Azərbayacanın və Ermənistanın xarici işlər nazirləri ilə baş tutacaq görüşü gözləyirəm. ABŞ regionda sülh prosesinin inkişaf etməsinə kömək etməyə hazırdır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin