Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Alumyanlar ailəsinin üzvləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında aclıq aksiyası keçiriblər.
Ailənin böyük oğlu, Qayanr Alumyan iki az yaşlı bacısı və qardaşı ilə birlikdə aclıq aksiyası elan etdiklərini deyib. Onlar Ermənistan Müdafiə Nazirliyinin verdiyi vədləri yerinə yetirmədiklərini bildiriblər. Vəziyyət barədə 41 yaşlı hərbçi əlil ailə başçısı Mxitar Alumyan məlumat verərək qeyd edib ki, 7 ay əvvəl nazirliyə müraciət edərək, iş və ya heç olmasa maddi yardım edilməsini xahiş edib. Lakin verilən vədlər havadan asılı vəziyyətdə qalıb.
O qeyd edib ki, hətta mayın 17-də özlərini yandırmağa da cəhd ediblər.
“Nazir səviyyəsində ailəyə yardım ediləcəyini vəd etdilər, lakin yenə də aldatdılar. 5 uşağımdan 3-ü və həyat yoldaşım əlildir. 7 aydır ki, nazirlik vədlər verir, lakin heç bir şey etmir”, - deyə erməni hərbçi çarəsiz vəziyyətdə olduğunu bildirib.
Alpər Mövludoğlu
Ordu.az