Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq logistika təlimində iştirak edirlər - FOTOLAR

2019/05/1-6228542916.jpg
Oxunub: 1949     13:40     06 May 2019    
Gürcüstanda çoxmillətli komanda-qərargah logistika təliminə (“LOGDEV 2019”) start verilib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.


Təlimin rəsmi açılış mərasmisində Gürcüstanın müdafiə naziri Levan İzoria, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və digər rəsmi şəxslər iştirak ediblər. Təlimdə Azərbaycanla yanaşı Albaniya, ABŞ, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Gürcüstan, Serbiya, Ukrayna, Finlandiya, İsveç və Xorvatiyadan, ümumilikdə, 130 hərbçi iştirak edir.


Təlimin məqsədi çoxmillətli əməliyyatların planlaşdırılması və yerinə yetirilməsində NATO standartlarına uyğun logistik heyət və logistik dəstəyin hazırlanmasıdır.

Qeyd edək ki, beynəlxalq logistika təlimi may ayının 17-dək davam edəcək.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Logistika-təlimi  


Bizi "telegram"da izləyin