Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznıdakı “Mafiya” tədbirlər salonunda müxtəlif güc strukturlarının bölmələrinin cəlb edilməsi ilə atəş hazırlığı üzrə 7-ci açıq birinciliyi keçirilib.
Yarış Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr edilib.
Məlumata görə, yarışda Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlıları da iştirak edib. Həmçinin Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın da tədbirə qatıldığı bildirilir.
Alpər Mövludoğlu
Ordu.az