Ermənistanda sərxoş hərbi hissə komandiri polislərlə dava etdi

2019/05/23423-1557122165.jpg
Oxunub: 13619     10:51     06 May 2019    
Ermənistanda sərxoş hərbi hissə komandiri polislə mübahisə edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 3-də Ermənistanın Armavir vilayətində yol polis əməkdaşları bir avtomobili saxlayaraq sürücünün sərxoş olub-olmamasını müəyyən etmək istəyiblər. Məlum olub ki sürücü avtomobili sərxoş vəziyyətdə idarə edir.

Avtomobil xüsusi dayanacağa aparılıb. Daha sonra güc strukturunun bir nümayəndəsi polisin Vağarşapat rayon şöbəsinə gələrək, polislərin ünvanına təhqirlər edib.

O tələb edib ki, saxlanılan sürücü onun dostu olduğuna görə sərxoşluq haqqında tərtib edilən aktı ləğv etsinlər.

Polislər ictimai qaydanı pozmamağı tələb etsələr də, buna tabe olmayan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri olan hərbçinin də sərxoş olub-olmamasını yoxlamaq istəyiblər. Lakin o, polis əməkdaşları ilə mübahisə edərək vəziyyəti daha da gərginləşdirib.

O, özünü Ermənistan Silahlı Qüvvələrinin polkovnik rütbəli hərbi qulluqçusu kimi təqdim edərək, polislərin tələbini icra etməkdən boyun qaçırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dava  


Bizi "telegram"da izləyin