Dünən işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində Ermənistan ordusunun Qarabağda dislokasiya olunan hərbi birləşməsinin tank briqadası döyüş atışlı taktiki təlim keçirib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təlimin gedişatını Qarabağdakı erməni ordusunun hərbi birləşmə komandirinin 1-ci müavini polkovnik Samvel Poğosyan izləyib.
Təlimin senarisinə görə, geri çəkilən bölmələr tank birliklərinin dəstəyi ilə əks hücuma keçərək itirilmiş mövqeləri bərpa edib.
Qeyd: Təlimə cəlb edilən tank briqadasının Xocalı yaşayış məntəqəsindəki hava limanına yaxın ərazidə dislokasiya olunan 49-cu tank briqadası, 46677 nömrəli hərbi hissə olduğu ehtimal olunur. Hərbi hissə komandiri polkovnik Tatul Hayrapetyandır.

Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Qarabağ
Təlim