Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri işğal altında olan Qarabağdakı qondarma qurum “rəhbərinin müşaviri” Tiqran Abrahamyan bildirib.
Onun sözlərinə görə, cəbhə xəttinin müxtəlif istiqamətlərində aparılan mühəndis işləri bir neçə ay əvvəl başlayıb.
Müxtəlif xarakterli təlimlərin davam etməsindən danışan Abrahamyan, Ordumuzun fəallığını heç də azaltmadığını qeyd edib.
“Azərbaycanın fəallığının artması, danışıqlar prosesinin yenidən bərpa edilməməsi ilə əlaqədardır. Görüşlər olsa da, danışıqlar meydanının yaradılmasına nail olmaq mümkün olmayıb. Fəallığın artması gərginliyə səbəb ola bilər” - deyə o narahatlığını gizlədə bilməyib.
Erməni jurnalistin “Bu, geniş miqyaslı müharibəyə işarə deyilmi?” sualına Abarahamyan bu şəkildə cavab verib: “Ön xətdəki nəzərəçarpan fəaliyyətlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə geniş miqyaslı hərbi əməliyyatlara şahid olacağıq”.
Alpər Mövludoğlu
Ordu.az