Sabiq erməni Ombusdman: “Azərbaycan-Türkiyə birgə təlimləri Paşinyana cavab idi”

2019/05/12905-1556959021.jpg
Oxunub: 17023     16:33     04 May 2019    
“Naxçıvan mövzusu Ermənistanın yuxarı dairələri üçün qapalı mövzu olaraq qalmaqda davam edir və ümumiyyətlə yayındırıcı yanaşma mövcuddur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə sabiq erməni Ombudsman Larisa Alaverdyan bildirib.

O bildirib ki, Azərbaycan Türkiyə ilə birgə təlimlər keçirməklə Ermənistan Baş naziri Nikol Paşinyana cavab verib.

Naxçıvan məsələsinə toxunan Alaverdyan qeyd edib ki, Naxçıvan mövzusu Ermənistanın yuxarı dairələri üçün qapalı mövzu olaraq qalmaqda davam edir və ümumiyyətlə yayındırıcı yanaşma mövcuddur.

“Naxçıvanla Türkiyənin birbaşa əlaqələrinin olduğunu, Türkiyə tərəfindən Naxçıvanın ehtiyat ərazi kimi nəzərdən keçirildiyini dərk etməliyik. Bu təlimlər Azərbaycanın mövqeyinə dair bir siqnaldır” - deyə Alaverdyan əlavə edib.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında hərbi razılaşmaya əsasən 1-3 may tarixləri arasında birgə döyüş atışlı “Mustafa Kamal Atatürk-2019” taktiki təlimləri keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin