Ermənistan prezidenti Serj Sarkisyanla görüşdü - Sonuncu narazıdır

2019/05/30226-1556957846.jpg
Oxunub: 12358     12:13     04 May 2019    
Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan və sabiq prezident, Respublikaçılar partiyasının lideri Serj Sarkisyan arasında görüş keçirilib.

Ordu.az “Joğovurd”a istinadən xəbər verir ki, Serj Sarkisyan Armen Sarkisyandan narazı olduğunu ifadə edib.

Serj Sarkisyan qeyd edib ki, onun hökuməti Armen Sarkisyanı prezident vəzifəsinə gətirsə də, o, hövcud hakimiyyətin iş üslubunu dəstəkləyir.

Serj Sarksiyan Armen Sarkisyanın bütün qəbul olunan qanunları imzaladığından da şikayətlənib.

Armen Sarkisyan isə imzalamaqdan başqa çıxış yolunun olmadığını, prezident səlahiyyətlərinin məhz onun dövründə azaldıldığını dilə gətirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Serj-Sarkisyan   Armen-Sarkisyan  


Bizi "telegram"da izləyin