"Medvedevin istehzası rus-erməni münasibətlərinin hazırkı vəziyyətini nümayiş etdirir" – Tarasov

2019/05/1-(2)-1556956910.jpg
Oxunub: 11008     12:00     04 May 2019    
“Avrasiya hökumətlərarası şurasının iclası zamanı baş verən hadisə, yəni Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedyevin Ermənistan Baş nazirinin ifadə etdiyi “Перейдем” kəlməsini ifadə etməsinə gizlətmədən istehza ilə lağ etməsi müxtəlif şərhlərin səsləndirilməsinə səbəb olub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə rusiyalı analitik Stanislav Tarasov bildirib.

Tarasov qeyd edib ki, bəzilərinin düşüncəsinə görə bu uğursuz zarafat olub, lakin bəzilərinin fikrincə isə bu hərəkətlə rus-erməni münasibətlərinin hazırkı vəziyyəti nümayiş etdirilib.

Rusiyalı analitik daha bir məqama diqqət çəkərək bildirib ki, hazırda ABŞ-Ermənistan münasibətlərinin bərabər əməkdaşlıq səviyyəsində olduğu deyilsə də, bu, həqiqəti əks etdirmir.

“İkili standartların hökm sürdüyü vaxtlarda Rusiya tərəfindən Ermənistanın tənqid edildiyi faktdır. Hazırda amerikalıların Paşinyana necə hörmətsizlik etdiyinin şahidiyik... Moskva isə Paşinyana adekvat yanaşır. ABŞ-ın postsovet məkanında özünü necə apardığını bilirik, bizim təcrübəmiz var. Bu, Paşinyanın onların ümidlərini doğrultmadığından xəbər verir”, - deyə Tarasov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Tarasov  


Bizi "telegram"da izləyin