Ordu.az “Joğovurd” nəşrinə istinadən xəbər verir ki, Robert Köçəryanın həbsindən sonra Rusiya tərəfinin bir neçə dəfə baş verənlərdən narazı olmasını açıq şəkildə ifadə etdiyi sirr deyil.
Nəşrin məlumatına görə, son günlər Lavrov və Mnatsakanyan arasında keçirilən görüşün mövzularından biri də Köçəryanın həbs edilməsi məsələsi olub və onun azad edilməli olduğu qeyd edilib.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin, Robert Köçəryanla bağlı rus tərəfinin narazlığından danışarkən bunları qeyd edib: “Siz bilirsiz, mən səfir kimi hansısa həssas məsələni və məqamları şərh etmək istəmirəm. Çünki mənim sözlərim səlahiyyətimə daxil olmayan daxili işlərə müdaxilə olaraq başqa cür şərh edilə və qəbul oluna bilər”.
Alpər Mövludoğlu
Ordu.az