Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

2019/05/f8f0d-1556891193.jpg
Oxunub: 9971     17:42     03 May 2019    
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edəcək, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər təqdim olunacaq, elmi-praktik konfranslar, “dəyirmi masa”lar, iməciliklər və digər mədəni-kütləvi tədbirlər təşkil ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ulu-Öndər   Heydər-Əliyev   MN  


Bizi "telegram"da izləyin