Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda tədbirlər keçiriləcək

2019/05/59119-1556888403.jpg
Oxunub: 12531     16:53     03 May 2019    
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.

Müdaifə Nazirliyinin Mətbuat Xitmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən şəxsi heyət tərəfindən Böyük Vətən müharibəsi illərində həlak olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidələr ziyarət olunacaq, müharibə veteranları ilə görüşlər keçiriləcək, onların qəhrəmanlıqları haqqında filmlər göstəriləcək və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Faşizm-üzərində-Qələbə  


Bizi "telegram"da izləyin