Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi bəyanat yayaraq, ötən gün Ukrayna ali radasının deputatı Mustafa Nayemin Ermənistana girişinin qadağan edilməsi məsələsinə münasibət bildirib.
“Qeyd edək ki, ukraynalı deputat 2 may 2019-cu il tarixdə İrəvanda keçiriləcək korrupsiyaya qarşı mübarizə forumunda iştirak etməli idi. O, 1 may gecəsi “Zvartnos” hava limanına gələrkən məlum olub ki, Ermənistana girişi qadağan edilib. Rusiya sərhəd qoşunlarının nümayəndələri, onun girişinin qadağan edilməsi səbəblərini izah etməkdən yayınaraq, yalnız “arzu olunmaz şəxslər” siyahısında olduğunu bildiriblər.
Daha sonra məlum olub ki, onun Ermənistana girişini Ermənistan hökuməti deyil, 3-cü ölkə yəni Rusiya qadağan edib.
Mustafa Nayem Ukraynanın Ermənistandakı səfirliyinin müdaxiləsindən sonra Ermənistana daxil ola bilib.
Xatırladaq ki, 11 mart 2019-cu il tarixində rus sərhədçilərin “Zvartnos” hava limanında hansı əsaslarla xidmət apardıqlarına dair Ermənistan Milli Təhlükəsizlik Xidmətinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, bu fəaliyyət 30 sentyabr 1992-ci ildə ölkələr arasında imzalanmış müqavilənin 2-ci və 4-cü bəndlərinə əsasən həyata keçirilir.
Bununla da məlum olur ki, müqavilə əsasında öz səlahiyyətlərini həyata keçirən rus sərhədçiləri Rusiyaya giriş icazəsi olmayan və ya Rusiya üçün arzuolunmaz şəxslər siyahısını Ermənistan ərazisi üçün də tətbiq edirlər.
Ermənistan qanunvericiliyinə və konstitusiyasına zidd olan bu hərəkət Ermənistana daxil olan vətəndaşlara qarşı da tətbiq edilir.
Ermənitan üçün arzuolunmaz şəxsləri yalnız Ermənistan hakimiyyət orqanları “xaricilər haqqında” Ermənistan qanunvericiliyinə əsasən tənzimləyə bilər.
Qeyd edilənləri nəzərə alaraq HVAVO, Ukrayna Ali Radasının deputatı Mustafa Nayemin girişinə maneçilik törədilməsi məqamlarının araşdırılmasını, rus qoşunlarının Ermənistanda dislokasiya olunması haqqında razılaşmanın Ermənistan konstitusiyasına uyğunlaşdırılmasını və “Zvartnos” hava limanında sərhəd xidmətinin təmamilə Ermənistan Sərhəd Xidməti tərəfindən həyata keçirilməsi üçün tədbirlər görülməsinə dair çağırış edir”, - deyə bəyanatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az