Ordu.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert Taron Hovhannisyan “Sputnik Armenia” agentliyinə müsahibəsində bildirib.
Hovhanisyanın sözlərinə görə, bu, Azərbaycan üçün NATO dövləti olan Türkiyə Silahlı Qüvvələrində hərbçilərini təkmilləşdirmək üçün yaxşı imkandır.
“Türkiyə birbaşa olmasa da, hər fürsətdə Azərbaycan ordusuna dəstək verir. Silahlanma baxımından yardım edir və ehtimal edilən döyüş əməliyyatları olduğu halda hərbi sursat və silah tədarük edə bilər. Lakin indiki siyasi vəziyyət Türkiyənin Ermənistana qarşı fəal hərbi əməliyyatlara cəlb edilməsinə imkan vermir”, - deyə o qeyd edib.
Ermənistan sərhəddində rus silahlı qüvvələrinin mövcudluğuna gəldikdə isə Hovhannisyan hesab edir ki, susdurucu amil xarakteri Rusiya qoşunlarının varlığı yox, siyasi baxımdan onların iştirakı faktıdır.
Alpər Mövludoğlu
Ordu.az