Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni ekspert Taron Hovhannisyan “Post skriptum” mətbuat klubunda jurnalistlərlə görüşü zamanı deyib.
Hovhanisyan bildirib ki, sərhədçilərimiz mövqelərini möhkəmləndirmək istəyir və erməni tərəfinin mane olmasını neytrallaşdırırlar.
“Məlum olduğu kimi, Ermənistan-Azərbaycan sərhəddinin Qazax hissəsinə, Azərbaycanın Sərhəd Qoşunlarının bölmələri nəzarət edir. Sərhəd Qoşunları 15 min nəfərdən ibarətdir. Azərbaycan Sərhəd Qoşunları ordu kimi silahlanmasa da, kifayət qədər silahlanmaya malikdir. Onlar qeyd edilən hissədə yolları yeniləməyə, səngərləri möhkəmlətməyə çalışırlar”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az