Ermənistanda qadınlar hərbi xidmətə cəlb edilir

2019/05/14473-1556884189.jpg
Oxunub: 23125     16:47     03 May 2019    
Ermənistan Silahlı Qüvvələrin bölmələrində qadınların hərbi xidmətə cəlb edilməsini dəstəkləyən layihə qəbul edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin insan haqları mərkəzinin rəisi, polkovnik Aleksandr Avedisyan və BMT-nin əhali fondunun Ermənistan üzrə ofisinin icraçı nümayəndəsi Tsovinar Harutyunyan, Ermənistan Müdafiə Nazirliyi və BMT-nin əhali fondu arasında 2019-cu il üzrə əməkdaşlığa dair proqram imzalayıblar.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2019-cu il layihəsi üzrə Ermənistan ordusunun müxtəlif bölmələrində qadınların xidmətə cəlb edilməsinə dəstək məqsədi ilə müxtəlif tədbirlər keçirilməsi nəzərdə tutulub. Bu zaman sülhməramlı missiyalarda iştirak edən bölmələrdə qadınların yer almasına xüsusi diqqət yetiriləcəyi qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin