Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Yerkrapah birliyi”nin idarə heyəti, təşkilatın sədri tərəfindən irəli sürülən 3 sədr müavininin namizədliyini təsdiqləyib.
Yeni təyin olunan sədr müavinləri bundan sonra “Yerkrapah”ın fəaliyyəti ilə bağlı konkret sahələri idarə edəcəklər.
Birliyin yeni sədr müavinləri olaraq, Vağarşak Harutyunyan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və işğal altında olan Qarabağ ərazisindəki hərbi birləşmə ilə qarşılıqlı əməkdaşlığı tənzimləyəcək, digər müavin Manvel Yeğiazaryan ideoloji fəaliyyət, Suren Barseğyan isə təşkilatçılıq məsələlərinə cavabdeh olacaq.
Alpər Mövludoğlu
Ordu.az