Belarusda Milli Qəhrəmanımızın xatirəsi yad edilib - FOTOLAR

2019/04/4-1554109614.jpg
Oxunub: 17091     13:07     01 Aprel 2019    
Azərbaycan Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən ölkəmizin Belarusdakı hərbi attaşesi polkovnik Elşən Rəhimov və səfirliyin nümayəndə heyəti milliyətcə belarus olan, Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin ad günü münasibətilə onun anası Kima Davidoviçi ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az verilən məlumata görə, 1992-ci ilin iyununda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan Milli Qəhrəman A.Davidoviçin qəbri ziyarət edildikdən sonra onun ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.

“Azərbaycan dövləti, xalqı və Müdafiə Nazirliyinin rəhbərliyi qəhrəmanımızı əsla unutmayıb. Onun xatirəsi daim ehtiramla yad olunaraq xalqımızın yaddaşında əbədi qalacaq. Oğlunuzun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Azərbaycan torpağı onun ikinci vətəninə çevrilib. A.Davidoviç qəhrəmanlığı ilə Azərbaycan və Belarus xalqları arasında olan dostluğu, qardaşlığı daha da möhkəmləndirdi. O, çətin bir zamanda Azərbaycan xalqının taleyinə biganə qalmayaraq azərbaycanlı qardaşları ilə birlikdə mənfur düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib. A.Davidoviç zabit borcunu şərəflə yerinə yetirib”, - deyə Azərbaycanın Belarusdakı hərbi attaşesi qəhrəmanın anasına müraciət edərək bildirib.

Mərasimin sonunda Milli Qəhrəmanın ailəsinə Müdafiə naziri adından hədiyyələr və Novruz sovqatı təqdim olunub.




Ordu.az




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Belarus   Milli-Qəhrəman   Azərbaycan  


Bizi "telegram"da izləyin