Meğri qarşıdurmasının iştirakçılarından biri general oğludur – O kimdir?

2019/03/22822-1553770384.jpg
Oxunub: 20866     16:02     28 Mart 2019    
Məlumata görə, itaətsizlik çağırışları edən erməni hərbi qulluqçular arasında Ermənistan Müdafiə Nazirliyinin generallarından birinin övladı da olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Meğridəki hərbi hissələrdən birində baş verən qarşıdurma ictimai-siyasi-hərbi dairələrdə fəal şəkildə müzakirə olunmaqda davam edir.

Məlumata görə, itaətsizlik çağırışları edən hərbi qulluqçular arasında Ermənistan Müdafiə Nazirliyinin generallarından birinin övladı da olub. Dünən həmin generalın kimliyini müəyyən etməyə nail olunub. Söhbət, övladı həmin hərbi hissədə xidmət edən, MN-in milli müdafiə araşdırmaları institutunun rəisi, general-mayor Qennadi Tavaratsyandan gedir.

“Lakin burada maraqlı bir məqam var ki, həmin hərbi qulluqçuları cəzalandıraraq ön xəttə göndəriblər. Ermənistanın Müdafiə naziri Davit Tonoyanın bu cəza siyasəti ölkədə mövcud, məqsədyönlü təbliğat fəaliyyətinə ziddir.

Biz bir tərəfdən deyirik ki, ön xəttdə xidmət edənlər qəhrəmandır, digər tərəfdən də cinayətə yol verənləri, hərbi hissəni özbaşına tərk edənləri cəza olaraq ön xəttə göndəririk. Belə çıxır ki, Müdafiə naziri Davit Tonoyan ön xəttdə xidmət etməyin cəza olduğunu təsdiq edir.

Halbuki “məxməri” inqilab dövründə komandirlərin fəaliyyətinə etiraz olaraq, inqilabın zəruriliyini dəstəkləyən hərbi hissəni özbaşına tərk edən sülhməramlı briqadanın hərbi qulluqçularına qarşı prokurorluq heç cinayət işi belə açmadı, hərbi qulluqçuları cəzalandırmadı. Lakin eyni hərəkəti edən, komandirlərin səhv fəaliyyətinə etiraz əlaməti olaraq hərbi hissəni özbaşına tərk etmiş Meğridəki hərbi hissənin hərbi qulluqçularına qarşı Ermənistanın Baş prokurorluğu cinayət işi açıb”, - deyə erməni KİV-lərindən biri yazır.


Xatırladaq ki, Meğridə dislokasiya olunan hərbi hissələrdən birinin müddətli xidmət hərbi qulluqçuları etirazlarını bildirməklə hərbi hissəni özbaşına tərk edib və şəhərdə oğru aləminə sadiqliq yürüşü keçiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Meğri   Etiraz   Özbaşınalıq  


Bizi "telegram"da izləyin