Erməni jurnalistdən etiraz: “Əgər hərbi xidmət keçməyibsə, onda MN-də leksiya oxumamalı idi”

2019/03/image-1553769007.jpg
Oxunub: 26516     14:21     28 Mart 2019    
Ermənistan parlamentinin müdafiə komissiyasının üzvü, “Mənim Adımım” fraksiyasının deputatı Armen Xaçatryan, Tiqran Avinyanın generallara leksiya oxumasına görə baş verən qalmaqalla bağlı təəccüblənib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaçatryan Tiqran Avinyanın generallara leksiya söyləməsi ətrafında böyüyən qalmaqala münasibət bildirib.

“Nə olub ki, hər şey çox normaldır. Əgər informasiya verirsənsə, bu daima normaldır. İndi necə edək, əgər mən birinə informasiya, məlumat verirəmsə, bu, o deməkdir ki, baxmalıyam o, polisdə xidmət edib, ya etməyib?”, - deyə sabiq yol polis rəisi təəccüblənib.

Jurnalist vurğulayıb ki, görünən odur ki, orduda xidmət etməyən 30 yaşlı gənc ordunun rəhbər heyətinə leksiya oxuyub.

“Bu yaxşı haldan xəbər vermir”, - deyə jurnalist öz etirazını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin