Aprel döyüşləri iştirakçısının anası etiraz edir: “Mənim oğluma nəsə olmalıdır ki, təltif etsinlər?”

2019/03/45645-1553692116.jpg
Oxunub: 25718     10:09     28 Mart 2019    
İrəvanda keçirilən iməcilik zamanı aprel döyüşlərində iştirak edən erməni əsgərlərindən birinin anası şəhər meri Hayk Marutyana müraciət edərək, yataqxanadan bir otaq verilməsinə dair etdiyi müraciətinin niyə şəhər şurası iclasına çıxarılmamasını soruşub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, şikayətçi vaxtilə həmin otağın verilməsinə görə rüşvət tələb edildiyini, verilmədiyinə görə 1 ildir məsələnin həllinin uzadıldığını söyləyib.

Şikayətçi qadın İrəvan şəhər merinə müraciətində bildirib ki, ondan rüşvət istəyən şəxs indi özü həmin otağı əldə etmək üçün müraciət edib. Buna görə də yataqxanada ona otaq verilməsi ilə bağlı məsələdə ona qarşı tərslik edirlər. O bildirib ki, istintaq komitəsində etdiyi şikayətə də xitam verilib.

İrəvan şəhər rəhbəri Hayk Marutyan qeyd edib ki, həmin qadının şikayətini dinləyib, lakin məsələnin şəhər şurasının müzakirəsinə çıxarılmasına dair göstəriş verməsi üçün səlahiyyəti yoxdur. Bunu ancaq şura üzvü edə bilər.

Şikayətçi qadın şəhər rəhbərinə qəbul üçün minnətdarlıq etsə də, məsələnin həll edilməməsinə görə narazılığını ifadə edib. O bildirib ki, aprel döyüşlərinin iştirakçısı olan oğluna yataqxanada bir otaq verilməsi üçün mütləq onun övladına bir şey olmalıdır ki, ölümündən sonra təltif edilsin?...

Şəhər rəhbərinin müavini Hayk Sarkisyanın köməkçisi, şikayətçi qadına bunun şəhər rəhbəri tərəfindən şuranın iclasına çıxarılmasına göstəriş verilməli olduğunu desə də, İrəvan şəhər rəhbəri Hayk Marutyan bunun yanlış olduğunu söyləyib.

Bu məqamda Ermənistan Baş nazirinin köməkçisi Nairi Sarkisyan İrəvan şəhər rəhbərinə yaxınlaşaraq "Gəlin bu gün bu barədə danışmayaq" deyərək mövzunu dəyişib.

Xatırladaq ki, əsasnaməyə əsasən İrəvan şəhər şurasının iclasının gündəliyini İrəvan şəhər rəhbərliyi tərtib edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin