“Ermənistanda adam vurmağa lisenziyası olan və cəzasız qalan adamlar olub” - Vanetsyan etiraf etdi

2019/03/15728-1553689391.jpg
Oxunub: 15825     16:22     27 Mart 2019    
“Sabiq Müdafiə naziri Mikayel Harutyunyan itməyib, yerini bilirik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti təhlükəsizlik və müdafiə komissiyasının iclasında Ermənistanın milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan bildirib.

Ermənistan parlamentinin təhlükəsizlik və müdafiə daimi komissiyasının sədri Andranik Koçaryan, milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyana xitab edərək bildirib ki, sabiq Müdafiə nazirinin itdiyinə görə bu milli təhlükəsizlik məsələsidir.

Vanetsyan isə öz cavabında sözügedən şəxsin itmədiyini və onun yerini bildiklərini diqqətə çatdırıb. Andranik Koçaryan Mikayel Harutyunyanın Ermənistana qayıtmalı və ilkin istintaq orqanının suallarını cavablandırmalı olduğunu vurğulayıb.

“Biz başa düşdük ki, Ermənistanda ələ keçirmə, adam vurmağa lisenziyası olan və cəzasız qalan adamlar olub”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   1-Mart  


Bizi "telegram"da izləyin