KTMT-dən sənəd daxil olub: Problem necə həll ediləcək?

2019/03/minsk-1553675106.jpg
Oxunub: 25193     12:22     27 Mart 2019    
Ötən gün növbəti diqqətçəkən məlumat yayılıb. Belə ki, KTMT-nin Baş katibi səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov TASS agentliyinə müsahibə verib.

Ordu.az xəbər verir ki, o, KTMT-nin Baş katibi vəzifəsində Belarusun irəli sürdüyü namizədin razılaşdırılması ilə bağlı zəruri bütün sənədlərin təşkilata üzv ölkələrə göndərildiyini söyləyib.

Eyni zamanda Semerikov qeyd edib ki, razılaşdırma və imzalama müddətləri dəqiqləşdirilmədiyinə görə yeni baş katibin təyinatının nə zaman təsdiq ediləcəyini söyləmək çətindir. Bu bəyanata cavab olaraq Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan qeyd edib ki, erməni tərəfi üçün prioritet, prinsiplərin möhkəmləndirilməsidir.

“Bu cür hallarda hüquqi boşluğun necə doldulması üçün prinsip hələ dəqiqləşdirilmədiyindən, Ermənistan tərəfindən qalan sahələr üzrə danışılması hələlik yersizdir. Bu problemin necə həll ediləcəyi hələlik məlum deyil”, - deyə Nağdalyan vurğulayıb.

Ermənistanın buna necə cavab verəcək, yaxud ümumiyyətlə cavab verəcəkmi, yoxsa KTMT-nin Baş katibi vəzifəsində Belarus namizədi Stanislav Zasın Ermənistana gəlməsi ilə bağlı təklifi zamanı və erməni tərəfi ilə görüşmək istəməsinə dair baş verənlər kimi yenə də reaksiya verməkdən çəkinəcək, hələlik bu məlum deyil.

Xatırladaq ki, Stanislav Zas fevralın 7-də bəyan edib ki, Baş katib təyin edilməsi ilə bağlı KTMT-nin məhdud tərkibdə qərar qəbul edilməsi mümkünlüyünü nəzərdə tutur.

Rusiyalı politoloq Fyodor Lukyanov KTMT-də yaranmış vəziyyətə toxunarkən qeyd edib ki, əvvəlki Baş katiblə bağlı yaşananlar anlaşılandır. Bu Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlı olsa da, benəlxalq təşkilatın nüfuzuna da zərbə vurub.

“Əlbəttə ki, bu, təbii olaraq təşkilata üzv olan digər dövlətlər üçün xoş ola bilməzdi. Problem yarandı, hüquqi problemlərin həlli məsələsinin zəruriliyi ortaya çıxdı, bu da öz növbəsində KTMT-yə üzv olan bütün ölkələr üçün qəbul olunandır. Lakin bununla yanaşı Belarus öz namizədinin təsdiqlənməsi istiqamətində iş aparır”, - deyə Lukyanov vurğulayıb.

Onun fikrincə, əgər Baş katib məsələsində konsensus əldə edilməzsə, hazırda Semerikov tərəfindən bu vəzifənin icrası 2020-ci ilədək davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin