"Onlar məni tam məhv etmək istəyirlər" - Qriqoryan

2019/03/45654-1553669550.jpg
Oxunub: 12440     10:50     27 Mart 2019    
"Nairi" tibb mərkəzində müalicə olunan erməni general Manvel Qriqoryan yenidən "İrəvan" cəzaməkmə müəssisəsinə təxliyyə edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qriqoryanı müalicə edən həkim, onun səhhətinin normal olmadığını bildirib.

"Müəyyən bir vaxtda şəkərin göstəricisi aşağı düşsə də, hazırda yüksək dozada insulin qəbul edir, şəkəri aşağı düşmür", - deyə həkim qeyd edib.

Qriqoryan isə deyib ki, onu təmamilə məhv etmək istəyirlər.

Ona məhkumların xəstəxanasına köçürülməsi təklif edilsə də, o, razı olmayıb. Qriqoryan hesab edir ki, təhlükəsizlik baxımından KQB-nin zirzəmisi daha rahatdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qriqoryan   Həbs  


Bizi "telegram"da izləyin