DSX-nın hərbi hissələri və bölmələrində Novruz tədbirləri keçirilir

2019/03/photo-4658975133.jpg
Oxunub: 1036     13:05     19 Mart 2019    
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində insanlara yüksək əxlaqi keyfiyyətlər, xeyir­xah­lıq və həmrəylik hissləri aşılayan, xalqımızın mənəvi dünyasının ayrılmaz hissəsi olan Novruz bayramı ərəfəsində silsilə tədbirlər keçirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində mart ayının 15-də Dovlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə DSX-nin Sahil Mühafizəsində və Horadiz sərhəd dəstəsində bayram tədbirləri keçirilmişdir.

Keçirilən tədbirlərdə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin milli ənənə­lə­ri­mizin himayədarı olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından, Dahi Öndərin təməlini qoyduğu inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərə­findən uğurla həyata keçirilməsindən, dinamik iqtisa­di inki­şafın təmin olunması sayəsində xalqımızın sosial rifahının durmadan artmasından, ölkəmizin sərhəd təh­lükə­siz­liyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsindən, Vətənimizin sərhəd­lərinin etibarlı mühafizəsinin təşkili istiqamətində əldə edilmiş nailiyyətlərdən ətraflı danış­ılmışdır.

Tədbirlərdə çıxış edən sərhədçilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında azərbaycançılığın beşiyi olan müstəqil Azərbaycan Respublikasının dövlət sərhədlərini qoru­maq­­dan şərəf və qürur duyduqlarını bildirərək ölkəmizin ərazi bütöv­lü­yü­nün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hü­quqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə etmişlər.

Bayram münasibətilə hərbi qulluqçular və onların ailə üzvləri üçün təşkil olunmuş tədbirlərdə Respub­likamızın mədəniyyət və incəsənət xadimləri, tələbələr maraqlı bədii konsert proq­ramları ilə çıxış etmiş, qonaqlar hərbi hissələrdə yaradılmış şəraitlə yaxın­dan tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilmişdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: DSX   Novruz-tədbirləri  

DSX-nın hərbi hissələri və bölmələrində Novruz tədbirləri keçirilir

2019/03/photo-4658975133.jpg
Oxunub: 1037     13:05     19 Mart 2019    