Zöhrabyandan Paşinyana çağırış: “Ön cəbhədə yalnız müqaviləli hərbi qulluqçular xidmət etməlidirlər”

2019/03/Naira-1552727596.jpg
Oxunub: 394     16:27     16 Mart 2019    
“Ön cəbhədə yalnız müqaviləli, təcrübəli, bir neçə yüz metr irəlidə düşmən mövqelərinin olmasını, ön xəttin nə demək olduğunu bilən hərbi qulluqçular xidmət etməlidirlər”.

Ordu.az xəbər verir ki, bu sözləri Erməni parlamentinin insan hüquqları daimi komissiyasının sədri, "Çiçəklənən Ermənistan" partiyasının deputatı Naira Zöhrabyan öz "Facebook" səhifəsində yazıb.

““Barkavac Hayastan” (Çiçəklənən Ermənistan) partiyasından olan həmkarlarla “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunda dəyişikliklər təklif etmişik.

Təklif edirik ki, bundan sonra 18 yaşlı təcrübəsiz gəncləri hərbi xidmətə başlayandan dərhal sonra döyüş növbətçiliyinə, mövqelərə, ön xəttə cəlb etməsinlər. Ön cəbhədə yalnız müqaviləli, təcrübəli, bir neçə yüz metr irəlidə düşmən mövqelərinin olmasını, ön xəttin nə demək olduğunu bilən hərbi qulluqçular xidmət etməlidirlər. Yalnız 1 il təcrübə əldə etdikdən sonra əsgəri döyüş növbətçiliyinə aparmağa icazə verilsin. Bu bizim prinsipial mövqeyimizdir. 18 yaşlı təcrübəsiz uşağı ön cəbhədə saxlamaq olmaz, vəssalam.

Əlbəttə, məsələnin digər bir əhəmiyyətli tərəfi də var. Bu müqaviləli hərbi qulluqçuların maaşla təmin edilməsi məsələsidir. 120-130 dramla bütün cəbhə boyu müqaviləli hərbi qulluqçularla təmin edərək, problemi həll etmək mümkün deyil.

Düşünürəm ki, müqaviləli hərbi qulluqçuların əmək haqlarının artırılması üçün maliyyə vəsaiti tapmaq olar, bu təcili edilməlidir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zöhrabyan   Etiraz  

Zöhrabyandan Paşinyana çağırış: “Ön cəbhədə yalnız müqaviləli hərbi qulluqçular xidmət etməlidirlər”

2019/03/Naira-1552727596.jpg
Oxunub: 395     16:27     16 Mart 2019    