İdman zamanı əldə edilən güc şəxsi heyətin döyüş qabiliyyətinə müsbət təsir göstərir - FOTO

2019/03/fa3d6-3105434442.jpg
Oxunub: 652     10:11     16 Mart 2019    
Əsgərlərin gündəlik fəaliyyətindən danışdıqda fiziki hazırlığı mütləq qeyd etməliyik. Fiziki hazırlıq həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığın möhkəmləndirilməsinə istiqamətlənmiş mühüm fəaliyyət prosesidir. Əsgərlər idmanla nə qədər çox məşğul olsalar, o qədər fiziki cəhətdən möhkəm, güclü və sağlam olarlar. Yüksək fiziki hazırlıq onların döyüş qabiliyyətinə də müsbət təsir göstərir. İdmanla məşğul olan hərbi qulluqçu möhkəm, dözümlü, yüksək əhval-ruhiyyədə və özgüvəndə olur. Bu göstəricilərə malik əsgərlər döyüş tapşırıqlarını daha çevik və dəqiq yerinə yetirirlər. Buna görə də əsgərlərin bacarıqlı döyüşçü kimi formalaşması prosesində idmanla məşğul olmaları mühüm yer tutur. Bütün hərbi hissələrdə müasir idman avadanlıqları ilə təchiz olunmuş idman zalları, idman şəhərcikləri fəaliyyət göstərir. Fiziki hazırlığın mahiyyətini yaxşı başa düşən əsgərlər də bədən tərbiyəsinə xüsusi diqqət göstərir, yüksək həvəslə idmanla məşğul olurlar.

"N" hərbi hissəsinin ön xətt bölməsində digər fəaliyyətlərlə yanaşı, fiziki hazırlıq məşğələsinin də yüksək səviyyədə təşkilinin şahidi olduq. Şəxsi heyət leytenant Cavid Hüseynovun rəhbərliyi ilə idman şəhərciyinin qarşısında təyin olunmuş formada düzüldülər. İsinmə-gərilmə hərəkətləri icra olunduqdan sonra əsgərlər turnikdə, paralel qollarda və digər alətlərdə bədən tərbiyəsi ilə məşğul oldular. Onların hər biri idman hərəkətlərini böyük həvəs və çevikliklə yerinə yetirirdi. Göz oxşayan mənzərə şəxsi heyətin fiziki hazırlığının yetərincə olduğuna əminlik yaradırdı.

"Əsgərlərin gündəlik fəaliyyətini müəyyənləşdirən günün nizam qaydasının ayrılmaz və önəmli hissələrindən biri də fiziki hazırlıq saatlarıdır. Hər gün təyin olunan vaxtda, müəyyən edilən qaydada icra edilən idman hərəkətləri ilə məşğul olmaq, bizi fiziki cəhətdən möhkəm, güclü və sağlam edir. İdman tədbirləri zamanı əldə edilən güc şəxsi heyətin döyüş qabiliyyətinə də müsbət təsir göstərir. Həm də ruh yüksəkliyi aşılayır. Belə ki, bədən tərbiyəsi orqanizmi fiziki cəhətdən gücləndirdiyi kimi, mənəvi sağlamlıq, möhkəm iradə də aşılayır. Bu göstəricilər isə torpaqlarımızı işğaldan azad etmək üçün hər an “İrəli” əmri gözləyən hər bir hərbi qulluqçu üçün vacib şərtdir", - zabit dedi.

İdman hərəkətlərini bacarıqla yerinə yetirən əsgərlərlə də həmsöhbət olduq. Əsgər Alim Məmmədov dedi ki, idman sağlamlığın cövhəridir. İsmayıllı rayonunda dünyaya göz açan Alim uşaq yaşlarından idmana maraq göstərdiyini bildirdi.

"Mülki həyatımda da idmanla məşğul olmaq ən sevimli məşğuliyyətim idi. Vətən müdafiəçisi kimi isə fiziki güc daha vacibdir. Yaxşı anlayıram ki, sağlam və güclü olsam, verilən tapşırıqları daha cəld yerinə yetirəcək, döyüş meydanında sona qədər düşmənə qarşı mübarizə apara biləcəyəm. Ona görə də fiziki hazırlığımı daim artırıb, torpaqlarımızın azadlığı uğrunda savaşdan qalib əsgər kimi ayrılacağam".

Əsgər Rəşad Tanrıverdiyev də fiziki məşğələnin döyüş hazırlığının ayrılmaz və vacib hissəsi olduğunu bildirdi: "Qarşımızda duran ən birinci vəzifəmiz torpaqlarımızın işğaldan azad olunmasıdır. Hər an Ali Baş Komandanımızın döyüş əmri ilə hücuma keçməyə hazırıq. Hücum döyüşünün mərhələlərindən biri də əlbəyaxa döyüşdür ki, bu da yüksək çeviklik və fiziki güc tələb edir. Buna görə də idmanın müqəddəs vəzifəmiz üçün vacibliyini yaxşı başa düşür, idmanla mütəmadi məşğul olur, çevikliyimizi, gücümüzü artırırıq ki, düşmənlə qarşı-qarşıya gəldikdə onu tez və asan məhv edək".

Əsgərlər İbrahim Alıyevin, Elzamin İmanovun, Əli Ələkbərovun, Əbdülrəhman Rzayevin və İrfan Qədirovun da idmana həvəs göstərdiyini görürəm. Onların turnikdə, paralel qollarda, sonra isə digər idman alətlərində məşqlərini bacarıqla yerinə yetirdiklərini izləyirəm. Onları izlədikcə qəlbimə bir inam hakim olur - sağlam, qüvvətli, yüksək döyüş hazırlıqlı və ürəyi Vətən sevgisi ilə döyünən əsgərlərimiz düşmən üzərində növbəti qələbələri qazanacaqlar.

Mahmud Möhbalıyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   İdman  

İdman zamanı əldə edilən güc şəxsi heyətin döyüş qabiliyyətinə müsbət təsir göstərir - FOTO

2019/03/fa3d6-3105434442.jpg
Oxunub: 653     10:11     16 Mart 2019    