Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın Xüsusi İstintaq Xidmətinin iddianaməsini təmin edərək, ölkənin sabiq prezidenti Robert Köçəryanın həbs müddətinin daha iki ay uzadılması barədə qərar çıxarıb.
Digər bir məlumata görə, erməni parlamentinin sabiq deputatı, "Yerkrapah" təşkilatının sabiq sədri, general Manvel Qriqoryanın da həbs müddəti iki ay uzadılıb.
Alpər Mövludoğlu
Ordu.az