"3 qardaşım məndən əvvəl ön xətdə qulluq edib"

2019/03/253a6-3105301032.jpg
Oxunub: 578     16:09     15 Mart 2019    
...Yazın ilıq nəfəsi duyulmaqdadı. İstiqamətimiz dağlara - səngərdə sinəsini düşmənə sipər etmiş Azərbaycan əsgərinin yanınadı. Dolanbac yollar, cərgələnmiş evlər bir-birini əvəz edir. Adama elə gəlir ki, yollar bitib tükənməyəcək. Dağ havası qəlbimdə qəribə hisslər oyadır. Bu diyarı, onun füsunkar təbiətini, dağlarının qarlı zirvələrini, bənzərsiz çəmənlərini, gur çaylarını sevmək üçün burada doğulmaq şərt deyil, cəmi bir dəfə görməklə, o yerlərə həmişəlik vurulursan. İlahi bu yerləri sanki ovqatının ən gözəl çağlarında yaradıb.

Zabit Süleyman Vəliyevin müşayiəti ilə dağa, yüksəkliyə qalxmağımız o qədər də asan başa gəlmir. Cığırla irəliləyəndə bizi salamlayan illərin sınağından çıxmış ağacların kökləri, adda-budda qar topaları, arxada qoyduğumuz ucu-bucağı görünməyən yaşıl dərələr, gözəl mənzərələr imkan vermir ki, çətinliyi hiss edək. İnsan qarşıya qoyduğu məqsədə asanlıqla nail olanda o qədər də fərqinə varmır. Çətinliklə əldə edilən nailiyyət insana daha şirin gəlir. Mənə elə gəlir ki, bu yolu göz qırpımında arxada qoyduq. Bilmirəm, nədən irəli gəlir, fərqli situasiyanın bəxş etdiyi sevincli dəqiqələrdənmi və ya Azərbaycan əsgəri ilə tez görüşmək istəyindənmi? Onu deyə bilərəm ki, çətin dağ yolunu qət etmək mənə yazmağa çətinlik çəkdiyim sevincli duyğular bəxş etdi.

Nəhayət, bölüyün min beş yüz metr yüksəklikdə yerləşən dayaq məntəqəsinə çatırıq. Bölük komandiri kapitan Ramin Quliyevlə birgə şəxsi heyətlə görüşürük.

Taqım komandiri leytenant Novruz Novruzovla tanış oluram. Zabit söhbət zamanı bildirir ki, Vətən keşiyində dayanmaq onun hisslərinin ən alisinə çevrilib: "Fəqət bu ali hissi anlamından da çox... yaşamaq lazımdır. Bu hissi yaşamadan səngərin mahiyyətini lüğəti mənada əxz etmək olar. İndiki situasiyada belə hal Vətənə yetərli deyil, sözün həqiqi mənasında, qəbuledilməzdir. Ona görə də bütün zabitlərimiz əsgərlərimizə bu gün üçün ali bir məqsədə nail olmaq - torpaq və millət naminə xalqımızın Qələbəsini təmin etmək üçün, birlik və həmrəylik aşılayır. Onlar yaxşı bilir ki, tarixi qələbə mən və səndən yox, bizlərdən və müqəddəs birlikdən asılıdır".

Leytenant Novruz Novruzov Silahlı Qüvvələrimizin nail olduğu inkişaf nəticəsində cəmiyyətimizdə möhkəm birliyin yarandığını əminliklə qeyd etdi. "Aprel döyüşləri bu birliyi daha da möhkəmləndirdi: artıq tarixinə, keçmişinə bağlı olan bir xalq kimi formalaşmışıq. İllər ötsə də, zaman keçsə də, heç kim bizi Vətən sevgimizdən məhrum edə bilməz. Qanımız, ruhumuz vətənpərvərliklə yoğrulub. Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu sanki silkələndi. Bir olduq. Birliyin fərqinə vardıq. Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə hər an önə atılmağa hazır idilər. Bir sözlə, inamımızın, ümidimizin, mübarizliyimizin qüdrətinin şahidi olduq".

Əməkdaşımız çavuş Namiq Pənahov diqqətimizi qarlı zirvədə cövlan edən tənha qartala yönəldir. Qartal yavaş-yavaş zirvədə qanad salır. Sanki zirvədən Kəlbəcəri, Şuşanı, Xankəndini, Laçını, işğaldan azad edəcəyimiz digər torpaqlarımızı nəzarətdə saxlayır.

Uçuşu Qarabağa, Şuşaya sarıdı sanki. Ətrafı sükutla izləyir. Birdən...qiyyə çəkir. Səsi dağları, daşları lərzəyə salır. Bu səs bir gün də Qələbə müjdəmizi, sanki uca dağlara çatdıracaq. O səsi sanki ermənilərə bir mesaj bilirəm. Qartal baxışlı əsgərlərimizin baxışlarından "Torpaqlarımızı son qarışına kimi geri qaytaracağıq" fikirləri oxunur.

Kapitan Ramin Quliyev deyir ki, o dağlar heç zaman qartalsız olmur. Axı dağın o üzü həsrətində olduğumuz Kəlbəcərdi. Bölük komandiri söhbətimizin bu yerində İohann Hötenin "Qartal havada havaya, zirvədə zirvəyə alışır" sözünü xatırladaraq bildirir ki, zirvədə olmaq hər kəsə, hər canlıya nəsib olmur.

Hərbi qulluğa Qax rayonundan gəlmiş Nahid Əliyevi bir anlıq xidmətindən ayırıb söhbət etməyə nail oluruq. "Xidmət etdiyim 9 ay müddətində pulemyotçu vəzifəsinin sirlərinə yiyələnmişəm. Üzərimə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıram. Qarşıdakı dağın o tərəfi Kəlbəcər rayonudu. Kəlbəcərin də, digər ərazilərimizin də işğaldan azad ediləcəyi günün həsrətindəyəm. Kaş ki, bu qələbəmiz xidmətdə olduğum vaxtlarda gerçəkləşəydi...".

Əsgər Elmar Ruhullazadə düşməndən daha uzaq məsafədə dayandığından təəssüf hissi keçirir: "3 qardaşım məndən əvvəl ön xətdə qulluq ediblər - Füzulidə, Ağdamda və Tərtərdə. Təəssüf edirəm ki, düşmənlə daha yaxın təmas nöqtəsində deyiləm. Mübariz kimi, Çingiz kimi qəhrəman oğullarımızın davamçısı olmaq və Qarabağın Musiqi Konservatoriyası adlandırılan Şuşanı görmək ən böyük arzumdur. Yaxşı bilirəm ki, müharibədə döyüş də var, şəhidlik də. Bilirəm ki, döyüşdə hər an şəhid də ola bilərəm. Ancaq Vətənə görə döyüşürəm, torpaqlarımız üçün döyüşürəm, ölümdən qorxmadan döyüşürəm. Mübariz, Çingiz kimi oğullar şəhidliyi özləri seçmişdilər. Vətən üçün, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdilər. Onların şəhidliyi bizə də nümunədir".

- Hərbi xidmət mənə mübariz və ədalətli olmaq hissini aşıladı, - deyə əsgər Həsən Hüseynzadə söhbətə qoşulur. - Valideynlərimin aşıladığı böyüyə və kiçiyə hörmətlə yanaşmaq fikirləri burada qısa vaxtda hörmət qazanmağıma yardımçı oldu. Qarşılığında zabitlərdən, gizirlərdən, tabe olduğum digər hərbi qulluqçulardan və əsgər yoldaşlarımdan qayğı və diqqət gördüm. Tərxis olunduqdan sonra gizirlik kursuna yazılmaq və Vətənimə xidmətimi davam etdirmək istəyirəm.

Səngərdə düşmənlə üz-üzə dayanmaq şərəfinə nail olan əsgərlərdən Coşqun Qasımlı, Həsən Məmmədov, Qabil Nəsirov, Bahadur Əliyev, Təyyar Nurizadə, Rəşad Abbasov, Musa Mürsəlov və başqaları ilə də həmsöhbət olmaq imkanı qazanıram. Onlar da Vətən torpaqlarının müdafiəsində ayıq-ayıq dayanaraq Ali Baş Komandanımızın əmrini səbirsizliklə gözləyirlər.

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Cəbhə  

"3 qardaşım məndən əvvəl ön xətdə qulluq edib"

2019/03/253a6-3105301032.jpg
Oxunub: 579     16:09     15 Mart 2019    