Xüsusilə, onun qondarma qurumun "təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyanla görüşü diqqət çəkib.
Paşinyan bəyan edib ki, Ermənistan Qarabağın (qondarma qurum-red.) "subyektliyi"nin artırılması istiqamətində siyasət aparır. Paşinyanın məqsədi, bununla guya Ermənistanın qondarma qurumdakı nümayəndələrinin müstəqil olduğunu göstərməkdir. Lakin hər kəsə məlumdur ki, Ermənistanın Qarabağda baş verən proseslərə seyrici kimi baxması mümkün deyil.
Keçmiş iqtidarın bəzi qanadlarının hazırkı qondarma qurum nümayəndələri ilə sıx münasibətlərinin olması isə danılmazdır.
Hazırda Paşinyan yalnız bir məsələdən ehtiyyatlanır. İşğal altında olan Qarabağda baş tutacaq dəyişikliklər bu işdə marağı olan tərəflərin dəstəyi ilə köhnə rejimin təmsilçiləri tərəfindən Ermənistanda əksinqilabi hərəkata və ya inkaretmə revanşı məqsədilə istifadə edilə bilərmi?
Həmçinin Paşinyanın Qarabağa gəlişində bu cür məsələlər müzakirə edilibmi, Vitali Balasanyanla görüş olubmu və hansı məsələlər müzakirə edilib?
Qeyd edək ki, erməni ekspertlər Paşinyan-Balasanyan görüşünü ikinciyə verilən dəstək kimi dəyərləndirmirlər.
Alpər Mövludoğlu
Ordu.az