Pakistan və Azərbaycan arasında hərbi əlaqələr müzakirə edildi - FOTO

2019/03/5ab4f-1552631511.jpg
Oxunub: 1382     10:22     15 Mart 2019    
Pakistanın Federal Müdafiə naziri Pərviz Xəttak paytaxt İslamabaddakı ofisində ölkəmizin buradakı səfiri Əli Əlizadəni qəbul edib.

Ordu.az Pakistantoday.com.pk saytına istinadən xəbər verir ki, görüş zamanı tərəflər müxtəlif sahələr, o cümlədən müdafiə sahəsində əməkdaşlığın daha da sıxlaşdırılmasının vacibliyindən danışıblar.

Müdafiə naziri Pərviz Xəttak bildirib ki, Pakistan strateji yerləşməsindən, resurslarından, proqressiv baxışından və sürətlə böyüyən iqtisadiyyatından dolayı Azərbaycanı vacib ölkə kimi görür. Nazir Dağlıq Qarabağ məsələsində Pakistanın ölkəmizə dəstəyini bir daha vurğulayıb.

Pərviz Xəttak Pakistanın bütün sahələrdə Azərbaycanla partnyorluğu gücləndirmə istəyini ifadə edib. O, hərbi və müdafiə əməkdaşlığının müzakirə edildiyi Pakistan Azərbaycan İşçi Qrupu səviyyəli forumun ölkələr arasında hərbi əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsində həyati rol oynadığını söyləyib.

Ölkəmizin səfiri də öz növbəsində Pakistanın Dağlıq Qarabağ məsələsində Pakistanın bütün beynəlxalq arenalarda göstərdiyi dəstəyini yüksək qiymətləndirib və Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini bir daha vurğulayıb. O, gələcəkdə də bu dəstəyin davam edəcəyinə əminliyini ifadə edib.

Əli Əlizadə hər iki ölkənin gələcək əməkdaşlıq üçün daha çox sahələri nəzərdən keçirməsi və xalqlar arasındakı əlaqənin yüksək səviyyədə olduğundan danışıb. O. bu əlaqəni ölkələr arasındakı sağlam əlaqənin əsas göstəricisi kimi dəyərləndirib.

Səfir Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 21-23 mart tarixlərində Pakistana səfər edəcəyini xatırladaraq, onun martın 23-də Pakistan Günü Paradında iştirak edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin paradda Azərbaycanın hərbi kontingenti də iştirak edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan   Azərbaycan  

Pakistan və Azərbaycan arasında hərbi əlaqələr müzakirə edildi - FOTO

2019/03/5ab4f-1552631511.jpg
Oxunub: 1383     10:22     15 Mart 2019    