Erməni politoloq: “Paşinyan yanlış xətt üzərindədir, tutduğu yol pisliyə aparacaq”

2019/03/15397-1552630274.jpg
Oxunub: 595     10:54     15 Mart 2019    
“Paşinyan səhv, yanlış xətt üzərindədir, niyyətləri yaxşıdır, lakin tutduğu yol pisliyə səbəb olacaq”.

Ordu.az xəbər verir ki, bu fikirləri erməni politoloq Hayk Martirosyan öz “Facebook” səhifəsində yazıb.

Onun fikrincə, Paşinyan Qarabağ məsələsində böyük səhvə yol verir və özünün ixtira etdiyi xəyal ilə daha çox qarışıqlıq yaratmağa davam edərək böyük bir səhv edir. Çünki Ermənistanı əvvəlkilər tərəfindən razılaşdırılmış bu sənədin modifikasiyaedicisi kimi təqdim etməklə millətin dağıdıcı proqramı daha da güclənir.

“Modifikisya həll yolu deyil, bu tələdən çıxış yolu yoxdur. “Madrid prinsipləri” ətrafında ziq-zaq vurulmasına pis baxılır, bunlar Ermənistanı daha tez məğlub edilən vəziyyətə salır. Nikol Paşinyanın “Duxov” (ruh yüksəkliyi ilə) siyasəti anlaşılmazdır, bu termin yalnız papaq üzərində qalıb. “Duxov” siyasəti “Madrid prinsipləri”ndən kişi kimi imtina edildiyi halda qəbul olunan ola bilərdi. Artıq bunun üçün gecdir, lakin gecikmiş deyil”, - deyə o qeyd edib.

Erməni politoloq bildirir ki, bütün ekspertlərin imtina edilməsini tövsiyyə etdiyi halda, Paşinyan, Levon Ter-Petrosyan dönəmindən qalma, sonrakı iki prezident dövründə pisləşdirilən xətt üzrə davam edir. Mütəxəssislərin rəyləri gözardına vurulur, Paşinyanın çevrəsindəkilər isə karlığa qərq olur.

Martirosyan hesab edir ki, Paşinyan, səhv, səhv, həddindən artıq səhv yoldadır.

“Onun niyyətləri yaxşı olsa da, tutduğu yol pisliyə səbəb olacaq. Cəmiyyətin bu xətt üzrə hərəkətə səssiz qalması, kənardan müşayiət etməsi tarixi iflasa səbəb ola bilər. Keçmişdən qalmış həddindən artıq təhlükəli xəttin dayandırılması üçün hakimiyyətə təzyiq göstərilməsi vacibdir. Bu iqtidarı Qarabağ məsələsinə yanaşmada inqilabi dönüş etməyə məcbur etmək zəruridir. Əks halda gələcəkdə Ermənistanı da itirə bilərik”, - deyə politoloq həyəcan təbili çalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ  

Erməni politoloq: “Paşinyan yanlış xətt üzərindədir, tutduğu yol pisliyə aparacaq”

2019/03/15397-1552630274.jpg
Oxunub: 598     10:54     15 Mart 2019    