Ordu.az Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə ilə bağlı 3-cu qarnizon istintaq şöbəsində cinayət işi açılıb.
Aparılan araşdırmalar nəticəsində baş verən hadisənin səbəbləri, cinayətin törədilməsində şübhəli bilinən şəxsin kimliyi və motivlərinə dair önəmli məlumatlar məlum olub.
Əldə edilmiş kifayət qədər dəlillər əsasında, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusuna qarşı dələduzluq motivləri ilə qətl törədilməsi maddəsi üzrə ittiham irəli sürülüb və ona qarşı həbs qəti imkan tədbiri seçilib.
Xatırladaq ki, martın 12-də saat 06:50 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətindəki cəbhə zonasında yerləşən hərbi hissələrindən birinin döyüş mövqeyində, 2000-ci il təvəllüdlü, Gümrü şəhər sakini, müddətli xidmət hərbi qulluqçusu Karen Karapetyan aldığı odlu silah yarasından ölüb.
Alpər Mövludoğlu
Ordu.az