Ordumuzda milli xörəklərimizə üstünlük verilir

2019/03/a2b97-1552549796.jpg
Oxunub: 357     16:32     14 Mart 2019    
Ölkəmizin son illərdə dinamik inkişafı nəticəsində günün tələbləri səviyyəsində qurulan Azərbaycan Ordusu həm müasir silah və sursata, həm peşəkar və yüksək döyüş ruhlu şəxsi heyətə, həm də yüksək maddi-texniki təminata malikdir.

Hər dəfə döyüş bölgəsində yerləşən hərbi hissələrimizin maddi-texniki təminatının yüksək səviyyədə olduğunu görəndə düşünürsən ki, bütün bunlar son illər orduda aparılan irimiqyaslı islahatların bəhrəsidir. Eyni zamanda ordumuzda yeni hərbi şəhərciklərin, əsgəri məişət komplekslərinin tikilib istifadəyə verilməsi, ölkəmizin müdafiə qüdrətinin daha da gücləndirilməsi dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğının təzahürüdür.

Cəbhə xəttindəki "N" hərbi hissəsində də böyük quruculuq və abadlıq işləri aparılıb. Ərazidə geniş və işıqlı, müasir hərbi şəhərcik salınıb. Şəxsi heyətin təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilib. Hərbi hissənin bir çox məişət-təsərrüfat işlərinə mülki şəxslər cəlb ediliblər. Qeyd etmək lazımdır ki, əsgərin xidmət dövründə keyfiyyətli qida ilə təminatı ordumuzda önəm kəsb edən amillərdəndir. Yeməkxanaya daxil olanda şəxsi heyət nahar yeməyinə yenicə başlamışdı. Dadlı, təamlı milli xörəklərin xoş ətri ətrafa yayılmışdı.

Zal xidmətçiləri təmizlik işləri ilə məşğul idilər. Onlardan Afət Əsgərova, İlhamə Zalova, Sevil Hüseynova, Esmira Şirinova, Solmaz Əliyeva və Gözəl Məmmədova torpaqlarımızın keşiyində dayanan əsgərlərimizə öz doğma övladları kimi qayğı göstərdiklərini və çox zaman da yeməkxanada onların zövqündə olan xörəklərin hazırlandığını bildirdilər. Yeməkxana növbətçisi gizir Gülbala Cəlilov isə bildirdi ki, bu gün şəxsi heyət üçün borş, küftə, plov, toyuq qızartması, salatlardan isə çuğundur salatı hazırlanıb. "Qarşıdan xalqımızın əziz bayramı Novruz gəlir. Həmin gün əsgərlərimizə müxtəlif çeşiddə zəngin milli mətbəximizdən xörəklər bişiriləcək, şirniyyatlar hazırlanacaq. Ümumiyyətlə, bütün bayramlarda şəxsi heyətə müxtəlif çeşiddə xörəklər bişirilir. Xidmətimə məsuliyyətlə yanaşaraq, bütün diqqətimi şəxsi heyətin keyfiyyətli qidalanmasına yönəltmişəm".

Yeməkxananın baş aşpazı Zabitə Kərimova söhbətində əsgərlərimizə, zabitlərimizə dadlı, təamlı xörəklər bişirdiyini və milli mətbəximizə üstünlük verdiyini, şəxsi heyətə tez-tez plov, yarpaq dolması hazırladığını dedi. "Əsasən çalışırıq ki, bişirdiyimiz hər bir xörək əsgərlərimizin ürəyincə olsun. Gördüyünüz kimi, yeməkxanamız geniş, işıqlı müasir yeməkxanadır. Sağ olsun, Prezidentimiz. Ordumuza, əsgərlərimizə, zabitlərimizə böyük diqqət göstərir, qayğısını onlardan əsirgəmir".

...Tezliklə erməni işğalında olan torpaqlarımız da azad olunacaq və orada belə müasir hərbi şəhərciklər salınacaq. O zaman aşpaz xanımlarımız da əsgərlərimizə xidmət göstərib milli xörəklər bişirəcəklər.

Lalə Hüseynova, "Azərbaycan Ordusu",
Foto: R.Əmrahov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Ərzaq-təminatı  

Ordumuzda milli xörəklərimizə üstünlük verilir

2019/03/a2b97-1552549796.jpg
Oxunub: 358     16:32     14 Mart 2019    