Ermənistan TŞ-nin katibi: “DQ ilə bağlı heç bir danışıqlar baş verməyib, fikir mübadiləsi aparılıb”

2019/03/45645-1552546879.jpg
Oxunub: 553     11:00     14 Mart 2019    
“Biz Azərbaycanla oturub müxtəlif məsələlərdə mövcud problemlərlə bağlı danışa bilərik, amma mexanizmləri yazılı şəkildə yazmağa başlayanda, bu, Qarabağın (qondarma qurum-red) iştirakı olmadan aparılmayacaq”.

Ordu.az xəbər verir ki, bunu, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın "60 dəqiqə" proqramı zamanı deyib.

Onun sözlərinə görə, indiyə qədər Qarabağ məsələsi ilə bağlı danışıqlar aparılmayıb, yalnız fikir mübadiləsi olub və Qarabağın (qondarma qurum-red.) iştirakının mümkün olduğunu görənə qədər, bu, belə də davam edə bilər.

“Madrid prinsipləri”nin danışıqların əsası kimi qəbul olunması məsələsinə toxunan Qriqoryan, Təhlükəsizlik Şurasının iclasında Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın bəyanatına istinad etməklə, “Madrid prinsipləri” ilə bağlı bəzi yanlış şərhlər olduğunu qeyd eedib.

“Biz “Madrid prinsipləri” dedikdə nə demək istədiyimizi açıqlayaraq oturduq. Şərh verməkdən uzaq durmuşuq, biz dedik ki, gəlin oturaq, “Madrid prinsipləri” dedikdə nə demək istədiyimizə aydınlıq gətirək. Azərbaycan qeyd edir ki, yalnız məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz başa düşürük ki, heç vaxt Qarabağın təslim olması baş verməyəcək. Nə zaman aydınlaşdırsaq, həmin vaxtda bir mövqe tutacağıq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Ermənistan TŞ-nin katibi: “DQ ilə bağlı heç bir danışıqlar baş verməyib, fikir mübadiləsi aparılıb”

2019/03/45645-1552546879.jpg
Oxunub: 556     11:00     14 Mart 2019    