“Ermənistan şərti aprel-2 hərbi əməliyyatlarının bərpasına hazır olmalıdır” - Aşotyan

2019/03/20710-1552546658.jpg
Oxunub: 4177     12:22     14 Mart 2019    
Ermənistanın keçmiş iqtidar partiyası Respublikaçıların sədr müavini Armen Aşotyan bildirib ki, hakimiyyətdə olduğu son 10 ay ərzində Paşinyan ilk dəfə Qarabağ məsələsi ilə bağlı ətraflı çıxış edib.

Ordu.az xəbər verir ki, Aşotyan bu barədə “Facebook” səhifəsində canlı yayım zamanı danışıb və çıxışın Ermənistanla qondarma qurumun “təhlükəsizlik şuraları”nın birgə iclasında baş verdiyini qeyd edib.

O, Qarabağ məsələsi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanın yəqin ki, ən ətraflı çıxışını eşitdiklərini qeyd edib.

“Bu çıxışda bütün mövzular əhatə edilibmi? Bu çıxış icra ediləndirmi? Əlbəttə yox. Lakin etiraf etmək lazımdır ki, keçən dövr ərzində Qarabağ münaqişəsinin nizamlanması üzrə Paşinyanın belə bir hərtərəfli çıxışı olmamışdı”, - deyə o vurğulayıb.

Aşotyan, Qarabağın (qondarma qurum-red) danışıqlarda tərəf kimi təqdim edilməsini düzgün strateji məqsəd hesab etdiyini, lakin bunun düzgün taktiki fəaliyyətlə müşayiət olunmadığını əlavə edib. Onun fikrincə, Paşinyan özünün və Ermənistanda baş verən hakimiyyət dəyişikliyinin geosiyasi əhəmiyyətini həddindən artıq üstün qiymətləndirib. Bu mərhələdə həmin üstünlük çəkisi və yanaşma fayda verməyib.

“Paşinyan ilk dəfə faktiki olaraq keçmiş hakimiyyət, yəni Serj Sarkisyan və Edvard Nalbandyan tərəfindən aparılan əsas prinsiplər danışıqlarına istinad edib və bundan imtina etməyib. Paşinyanın bu prinsipləri qəbul etməsi həm də onu sübut etdi ki, keçmiş hakimiyyət torpaq qaytarılması barəsində danışıqlar aparmayıb”, - deyə o əlavə edib.

Aşotyan həmçinin əlavə edib ki, özünün deputat olduğu dövrlərdə Nikol Paşinyana Qarabağ məsələsi ilə bağlı sual vermə fürsəti olub və bu gün Nikol Paşinyanın dediklərinə ziddiyyət təşkil edən cavab aldığını qeyd edib. Həmin vaxt erməni parlamentinin tribunasından ona cavab olaraq Paşinyan bildirib ki, “sizin hakimiyyət istisnasız olaraq torpaq qaytarılması barədə danışıqlar aparırdı”.

Çıxışın üçüncü tərkib hissəsi isə sülhə hazırlanma haqqındadır. Aşotyanın fikrincə, əslində bu reallıqdan çox, müəyyən siyasi söz ehtiyatı dəbinə uyğun lüğətdir. Əslində bu, hər üç tərəfin, bu sülhün necə olacağını dərk etdiyi halda mümkün olan bir fəaliyyətdir. Əgər sülhün son formasının necə olacağını cəmiyyət bilmirsə, onu sülhə hazırlamaq mümkün deyil.

Bununla yanaşı, Aşotyan hesab edir ki, Ermənistan şərti aprel-2 hərbi əməliyyatlarının bərpa olunacağına hazır olmalı və qondarma qurumla hərbi-siyasi ittifaqın hazırlanması işini yekunlaşdırmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Ermənistan şərti aprel-2 hərbi əməliyyatlarının bərpasına hazır olmalıdır” - Aşotyan

2019/03/20710-1552546658.jpg
Oxunub: 4180     12:22     14 Mart 2019    