“Diversantlar helikopterlərimizi məhv etmək istəyirdilər” – Əfsanəvi pilotla MÜSAHİBƏ (FOTOLAR)

2019/03/28fcb-6209904260.jpg
Oxunub: 2958     15:18     13 Mart 2019    
Kəmiyyət və keyfiyyət tərkibinə görə Azərbaycan Hərbi Hava Qüvvələri Cənubi Qafqazda ən güclü, postsovet məkanında isə ən yaxşılar sırasındadır. HHQ-nin silahlanmasında həm MiQ-29 qırıcıları (qırıcı-bombardmançıları), həm Su-25 hücum təyyarələri, həm Su-24 bombardmançıları, həm döyüş təlim və təlim təyyarələri, həm də çoxsaylı döyüş helikopterləri mövcuddur. Azərbaycan, Rusiyan, Türkiyə və Ukraynanın ən yaxşı HHQ məktəblərində və akademiyalarında əla təhsil alan və Qarabağ müharibəsi zamanı döyüşlərdə bərkiyən pilotlar da böyük üstünlük deməkdir. Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri ölkə səmasını qoruya bilən qüdrətli bir qüvvədir.

Lakin həmişə belə olmayıb. Hamımız ölkənin hərbi aviasiyasının yeni formalaşmağa başladığı müstəqilliyimizin ilk illərini xatırlayırıq. Buna baxmayaraq, yüzlərlə Azərbaycan vətəndaşı ordu aviasiyasında xidmət etmək arzusunu ifadə edərək Ermənistanın ölkəmizə qarşı təcavüzünə qarşı fəal iştirak edirdi.

Onlardan biri də Ordu.az-ın bugünkü müsahibi, Azərbaycan HHQ-də xidmət edən mayor Radik Maksimovdur. Onunla hərbi bazalardan birində görüşdük.

- Cənab mayor, özünüz haqqında bizə məlumat verin. Necə oldu ki, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladınız?

- Mən 8 mart 1971-ci ildə RSFSR-da, Saratov şəhərində, hərbi həkim ailəsində doğulmuşam. Atam 5 il ADR-də xidmət etdi, sonra isə radiasiya xəstəliyi üzrə mütəxəssis olduğu üçün Qazaxıstandakı Semipalatinsk nüvə sınaq poliqonuna göndərildi. Qazaxıstandan sonra Qroznı, 1986-ci ildə isə ailəmiz Azərbaycana köçdü. 1989-cu ildə artıq Azərbaycandan sovet ordusuna çağırıldım, sərhədçi kimi xidmət etdim.

1991-ci ildə ordudan tərxis olduqdan sonra SSRİ-nin dağılmasının şahidi oldum, Qarabağ manaqişəsi də artıq sürətlə alovlanırdı. Mənim üçün yeni bir vətən olan Azərbaycanı nəinki tərk edə bilmədim, hətta kənarda müşahidəçi kimi laqeyd də qalmadım. Mən Azərbaycan xalqının qonaqpərvərliyini, onun ağrı-acılarını görmüşəm, azərbaycanlılarla birlikdə çörək kəsmişəm, buna görə də ölkəm üçün çətin anlarda buradan gedə bilməzdim. Buna görə də yeni yaradılan Azərbaycan Milli Ordusuna könüllü kimi qeydiyyatdan keçməyi qərara aldım və bir an da olsun buna görə təəssüflənmirəm. Əvvəlcə qısa müddət Viktor Mudrakın komandiri olduğu xüsusi təyinatlı taborda (778 nömrəli hərbi hissə), sonra mühafizə taborunda xidmət etdim.

Bir gün gizir Tahir Bağırov - gələcək Milli Qəhrəman - məlumat verdi ki, Milli Orduda helikopter eskadrilyası yaradılır. 1992-ci il fevral ayından etibarən Səngəçaldan Zabrat istiqamətinə gətirilən hərbi helikopterlərin qorunmasında fəal iştirak edirdim. Burada mən əfsanəvi dörd hərbi pilotla - Evgeni Karlov, Sergey Senyuşkin, Sergey Tuvayev və Aleksey Şvarevlə tanış oldum.

Yeri gəlmişkən, bir epizod danışmaq istəyirəm. Döyüş helikopterlərini Zabrata gətirib köhnə, artıq istismardan çıxarılan mülki helikopterlər arasında gizlətmişdik ki, onları sovet-rus hərbçiləri tapa bilməsin. Mən döyüş mühafizəsinə Bakıya SSRİ-nin sərhəd qoşunlarında xidmətdən gətirdiyim bir alman iti ilə çıxırdım. Bu itin əla qoxu alması sayəsində Milli Ordunun ilk döyüş helikopterlərinə qarşı diverisyanı aradan qaldırmaq mümkün oldu. Sonradan məlum oldu ki, diversantlar Zabrat aerodromunun ərazisinə daxil olaraq helikopterlərə partlayıcı yerləşdiriblər ki, onlar partlasın və Azərbaycana qalmasınlar. Lakin onların planları gerçəkləşmədi.

Tezliklə Yevgeni Karlov ilə atıcı kimi uçmağa başladım. Birlikdə Qarabağa uçurduq və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında fəal iştirak edirdik. Biz cəbhə xəttinin müxtəlif yerlərində evakuasiya fəaliyyəti həyata keçirən Mi-24 mülki helikopterlərini də qoruyurduq.

- Necə oldu ki, pilot oldunuz?

- Alay komandirinin müavini Zakir Yusifov (Azərbaycanın Milli Qəhrəmanı) bildirdi ki, Aleksey Şvarev və Hüseyncan Əzimovun rəhbərliyi altında hərbi pilotların sürətli hazırlanması üçün uçuş məktəbi (Pilotların Təlim Mərkəzi) təşkil olunacaq. Zakir Yusifova söz verdim ki, mən də mütləq pilot olmaq üçün təhsil alacam. Qubadlı bölgəsində döyüş zamanı onun faciəvi ölümündən sonra sözümü xatırladım. Beləliklə, 1992-ci ilin noyabr ayında bu məktəbə daxil oldum. Mən yalnız təhsil almırdım, eyni zamanda təyyarə atıcısı kimi döyüş tapşırıqlarına uçurdum.

Kursantların ilk buraxılışı (1992-ci ilin noyabr-1994-cü ilin mart) Azərbaycana qarşı erməni təcavüzünün dəf olunmasında aktiv iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin əsas komponenti oldu. Qeyd etmək istərdim ki, SSRİ dövründə, pilotların buraxılışından sonra, hesab edirdilər ki, pilotların yalnız 60%-i pensiya yaşına qədər yaşayır. Bizim ilk buraxılışımızın pilotları isə 100% -i sağ qaldılar! Həm də Qarabağa döyüş uçuşları şəraitində. Hesab edirəm ki, bu işdə Aleksey Şvarev və Hüseyncan Azimovun böyük əməyi var.

- Nə qədər döyüş uçuşu yerinə yetirmisiniz?

- Münaqişə zonasına 150-dən çox döyüş uçuşum olub. Helikopterlər bəzən bazaya dəlik-deşik və zədəli dönürdülər. Burada tez yamaq atırdıq və yenidən döyüş tapşırığına uçurduq.

- Azərbaycan ordusunun aviasiyasının pilotlarının hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Bilirsiniz, hətta ilk Qarabağ müharibəsi zamanı pilotlarımız yüksək səviyyədə olublar. İndi isə inamla deyə bilərəm ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları nəinki Cənubi Qafqazda ən yaxşıdır, hətta postsovet məkanında ən yaxşılardan biridir. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya parkı mütəmadi olaraq ən son təyyarə və helikopterlərlə yenilənir. Bu gün bizim ordumuz və onun ayrılmaz bir hissəsi olan döyüş aviasiyası Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə və işğal olunan torpaqları mümkün qədər qısa müddətdə azad etməyə qadirdir. Və biz, hərbi aviasiya pilotları, həlak olan yoldaşlarımızın xatirəsinə, daim bu azadlıq mübarizəsinin ön sıralarında olacağıq.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ-müharibəsi   HHQ  

“Diversantlar helikopterlərimizi məhv etmək istəyirdilər” – Əfsanəvi pilotla MÜSAHİBƏ (FOTOLAR)

2019/03/28fcb-6209904260.jpg
Oxunub: 2959     15:18     13 Mart 2019    