Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan səsləndirib.
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçakla birgə mətbuat konfransına qatılan Mnatsakanyan qondarma qurumun danışıqlar prosesində iştirakını yenidən gündəmə gətirib.
“Görüş zamanı biz insan hüquqlarının fundamental prinsipləri və xalqların öz müqəddəratını təyinetmə hüquqlarının tətbiqi əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən danışdıq. Mən bir daha Dağlıq Qarabağın təhlükəsizliyi və statusu məsələsinin Ermənistan üçün prioritet olduğunu vurğuladım. Mən həm də Dağlıq Qarabağın bu prosesdə iştirakı ilə bağlı yanaşmanı da gündəmə gətirdim”, - deyə Mnatsakanyan təxribatçı bəyanatla çıxış edib.
Ağalar Ağalarlı
Ordu.az