Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400-ləri artıq iyul ayında alacaq.
Hazırda Türkiyə Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının təlimə gedəcək 100-ə yaxın hərbçinin seçiminə başladığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az