Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın müvafiq əmri ilə Avetik Muradyan Ermənistan Silahlı Qüvvələrinin aviasiya rəisi-idarə rəisi vəzifəsindən azad edilib.

Sarkisyanın digər əmri ilə Qaqik Aslanyan Ermənistan Silahlı Qüvvələrinin yeni aviasiya rəisi-idarə rəisi vəzifəsinə təyin edilib.
Ermənistan Baş nazirinin təqdimatı əsasında Sarkisyan, Ağasi Kirakosyanın Ermənistanın polis rəisinin müavini vəzifəsindən və polis qoşunlarında xidmətdən azad edilməsi haqqında da əmr imzalayıb.
Alpər Mövludoğlu
Ordu.az