Astarada 15 ədəd tank əleyhinə mina aşkar edilib

2019/03/435c8-3104907014.jpg
Oxunub: 618     10:04     13 Mart 2019    
Martın 12-də Astara şəhərinin Aydın Məmmədov küçəsi, 47 ünvanında mina tapılıb.

Ordu.az ANAMA-ya istinadən xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN Astara rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 15 ədəd təlim məqsədli (tərkibində partlayıcı maddə olmayan) tank əleyhinə mina (TM-62M) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Minaların ətrafında 1,500 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Astara   ANAMA  

Astarada 15 ədəd tank əleyhinə mina aşkar edilib

2019/03/435c8-3104907014.jpg
Oxunub: 619     10:04     13 Mart 2019    