"Azərbaycanlılar artıq 200 km məsafədən 30 m dəqiqliklə hədəfi məhv edə bilirlər" - EKSPERTLƏR

2019/03/45645-1552398213.jpg
Oxunub: 4536     17:24     12 Mart 2019    
"Azərbaycanlıların bu təlimləri əvvəllər malik olmadıqları, indi isə olan texniki vasitələri baxımdan fərqlənir".

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə görüşü zamanı Ermənistanda ilk kəşfiyyat diversiya dəstəsinin təsisçisi, hərbi ekspert Vova Vardanov bildirib.

Vardanov yeni texnika dedikdə Belarus istehsalı “Polonez”ləri nəzərdə tutduğunu deyib. O qeyd edib ki, bu silahlar Belarusdan yeni alındığına görə hərbi təlimlərdə ilk olaraq istifadə edilir.

Vartanovun sözlərinə görə, Azərbaycan bu kimi təlimlərdən keçən il 3 dəfə keçirib. O, ordumuzun daim erməniləri gərginlikdə saxladığını etiraf edib.

Vartanov, türkləri müəllim hesab edərək, özlərinin pis şagird olduqlarını da qeyd edib: "Türk və ATƏT ermənilərə müharibəyə hazır olun deyir, təzyiq göstərir, keçmişdəki kimi olmayacaq deyir, ancaq ermənilər hələ də müharibəyə hazırlaşmamırlar. Bu baxımdan özümüzü axmaq şagird hesab edirəm".

"Türk hədəfləri altında hündürmərtəbəli bina inşa etmək olmaz", - deyə o əlavə edib.

Digər erməni hərbi ekspert Van Hambartsumyan isə əksini düşündüyünü, təlimlərin yeni mahiyyət daşıdığını qeyd edib.

"Geosiyasi vəziyyətə nəzər salsaq bu təlimlərin təsadüfi keçirilmədiyini görmək olar. İndi təlim heyəti qarşısına daha mürəkkəb tapşırıqlar qoyulub. İndi hədəfləri koordinatlarla deyil, özləri axtarıb tapır, özləri də məhv edirlər. Artıq onlar 200 km məsafədən 30 metr dəqiqliklə hədəfi məhv edə bilirlər. Təlimlərdə istifadə edilən hədəflər erməni hədəflərinin təkrarıdır", - deyə o qeyd edib.

Hambartsumyan, prezident İlham Əliyevin 2019-cu ilin görünməmiş bir il olacağını dəfələrlə vurğuladığına diqqət çəkib: "Bu sayda və tərkibdə hərbi texnikanın cəlb edilməsi və istifadəsi çox şeydən xəbər verir. Hamı Əliyev-Paşinyan görüşünün nəzərdə tutulduğunu bilir. Bu qədər sayda texnikanın cəlb edilməsi isə erməni tərəfinə təzyiq göstərilməsinə xidmət edir. Hər bir təlim müharibə kimi qəbul edilir".

Van Hambartsumyan etiraf edib ki, Azərbaycanın əldə etdiyi silahlara ermənilərin tarazlaşdırıcı cavabı yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Polonez   LORA   Təlim  

"Azərbaycanlılar artıq 200 km məsafədən 30 m dəqiqliklə hədəfi məhv edə bilirlər" - EKSPERTLƏR

2019/03/45645-1552398213.jpg
Oxunub: 4537     17:24     12 Mart 2019    